YAP Qax rayon təşkilatının sədr müavini:
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş vətənimizin bir digər dilbər guşəsi Laçın rayonu 2022-ci ilin 26 avqust tarixində vəhşi erməni vandallarının həyasız işğalından azad edildi. Erməni-rus faşizminin işğalına məruz qalmış bütün ərazilərimizdə olduğu kimi Laçında da işğal dövründə etnik təmizləmə aparılmış, dinc sakinlər qətlə yetirilmiş, neçə-neçə kəndimiz viran qoyulmuş, təbii resursları kor təbii şəkildə talan edilmişdir. Bütün bu insanlıqdan uzaq addımların müəllifi olan nankor qonşularımız və onların müsbət insani hisslərdən çoxdan uzaqlaşmış himayədarları vətənimizin hər qarışından Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və vətənimizin əbədi qoruyucuları, şanlı ordumuz tərəfindən alçaldılaraq qovulmuş, işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Laçınımız da işğalçı üfunətindən təmizlənmişdir.
Artıq işğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri qayıdış ünvanlarının sayının artmasına xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə təşkil edilir. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin tikintisinin nəzərdə tutulması Laçın şəhəri ilə bağlı qarşıda dayanan mühüm işlərdəndir. Günümüzə qədər Laçında bütövlükdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib.
Ölkəmizdə məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına artıq başlanılıb. Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı da ölkəmizdə bayram ab-havasında təşkil edilir və bu istiqamətdə işlər indidən sonra da davam etdiriləcəkdir.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Bu bayram günləri dövlətimizin, xalqımızın tarixini, unudulmaz zəfərləri, azadlığın, suverenliyin əhəmiyyətini, dəyərini gələcək nəsillərə daşımaq üçün böyük əhəmiyyətə malikdir. Azad nəfəs almaq arzusunu üç əsrə yaxın köksündə ağrı-acı ilə daşıyan xalqımız, nəhayət canı, qanı bahasına əldə etdiyi bu günün bayramını yaşayır. Yeni vəzifəmiz isə cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, yaralarımızı sağaltmaq və bir daha yağı düşmənə vətənimizi işğal etməyə imkan verməmək üçün gecə-gündüz çalışmaqdır.
LAÇIN, BAYRAMIN MÜBARƏK!
Sosial
- 26-08-2026, 10:03
- 11
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
17:05
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
17:03
YAP Astara Rayon Təşkilatının rəhbərliyindən daha bir Yubilyara təbrik
-
16:35
Anar Məmmədov vətəndaş qəbulunda
-
16:30
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
16:15
Qubadlı: xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi
-
16:13
Qubadlı: azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa doğru
-
16:11
Qubadlı: öz tarixinin yeni mərhələsi
-
16:10
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
-
16:08
Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcəklər
-
16:06
Azərbaycan Respublikası Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibəti
-
11:49
ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
-
11:34
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
11:29
Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
-
11:28
Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a çatıb
-
11:27
Avropa Liqası: “Beşiktaş” İngiltərə klubuna qarşı
-
11:26
“Trabzonspor” Konfrans Liqasında növbəti oyununa çıxır
-
11:26
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
-
11:23
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub
-
11:13
Şirvanda Zəfər tariximizə həsr olunmuş kitabların təqdimatı keçirilib
-
11:05
Qubadlının azadlığı tarixi Zəfərimizin mühüm simvollarından biridir
-
11:03
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib
