Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında sənədin 5-ci Dəniz sammiti çərçivəsində imzalandığını yazıb.
Misir tərəfdən sənədi bu ölkənin nəqliyyat naziri Kamel əl-Vəzir paraflayıb.
“Razılaşma beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizin və “İnkişaf yolu” təşəbbüsünün istifadəsinin səmərəliliyini artıracaq. Birgə addımlar tranzit yük axınlarına təkan verəcək. Ro-Ro tipli təkərli avadanlıqların dəniz daşınmasını da fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq. Nəqliyyat prosedurları sadələşdiriləcək. Ankara və Qahirə nəqliyyat sahəsində, o cümlədən yük axını və dəniz sərnişin daşımaları sahəsində daha sıx əməkdaşlıq edəcəklər”, - deyə Türkiyə nazirinin paylaşımında bildirilib.
