Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Mundialla bağlı Azərbaycana ümumilikdə 1000-dən artıq qonağın gəlişi gözlənilir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.
