“Elm nöqteyi-nəzərindən müntəzəm konsert çıxışları uşaqlara yaxşı təsir göstərir, yaddaşın, diqqətin, emosional sabitliyin və ifaçılıq bacarıqlarının inkişafına kömək edir”, - deyə o qeyd edib.
Bildirib ki, bu yaxınlarda “Kapellhaus” kamera zalında “Young Virtuosos” layihəsi çərçivəsində Rövşən Əmrahovun rəhbərliyi ilə “The Kapellhaus Chamber Orchestra”nın müşayiəti ilə IMEC məktəbinin şagirdlərinin konserti olub. Konsert proqramına klassik və müasir bəstəkarların seçilmiş əsərləri daxil edilib.
“Orkestrlə ifa digər musiqiçiləri dinləmək, kollektivdə işləmək, dirijorun arxasınca getmək və ifa prosesində çevik qərarlar qəbul etmək bacarığını daha da inkişaf etdirir. Bu cür təcrübə həm musiqi ustalığını təkmilləşdirir, həm də uşağın gələcək peşəkar və şəxsi inkişafı üçün zəruri olan keyfiyyətləri - özünəinam, nizam-intizam və məsuliyyəti formalaşdırır”, - deyə C.Əsgərova vurğulayıb.
