Sizin reklam burada
Sizin reklam burada
  • “Mikayılla 5 gün”də daha bir rəngarəng buraxılış


    Aparıcı Mikayılın təqdimatında yayımlanan “Mikayılla 5 gün” verilişinin bugünkü buraxılışı maraqlı qonaqları və musiqi nömrələri ilə diqqət çəkib.

    Verilişdə tanınmış müğənni Əlikram Bayramov, eləcə də Narin Hüseyn, Emin Orucov və Fərhad Tufan iştirak edib.

    Proqramda Qardaşlar ansamblı və ansamblın ifasında musiqi nömrələri təqdim olunub. Qonaqlarla maraqlı söhbətlər aparılıb, tamaşaçılar üçün rəngarəng musiqi proqramı təqdim edilib.

    Beləliklə, “Mikayılla 5 gün”ün bugünkü buraxılışı səmimi söhbətləri və musiqi dolu anları ilə yadda qalıb.


    Aybəniz ABDULOVA, 

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar araşdırmaçı jurnalist, "Mikayılla 5 gün" verilişin koordinatoru



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ