
Bəradər Səməndərli
DÜZÜ DÜZDƏ AXTARIN
Sədaqət nümunəsi
Bu dünyada köpəkdi.
"Barama" qurd olsa da,
Toxuduğu ipəkdi.
Üzü gülmür astarın,
Düzü düzdə axtarın.
Güvəndiyin dostların
Çoxu hiylə-kələkdi
Acı dadar kal insan,
Zəhər verər bal umsan.
Hərdənbirxəyal insan
Tərsə əsən küləkdi.
Dünya qəmdi kədərdi,
Çəkmək olmur bu dərdi.
Şeytana uyma, şərdi,
Nə olsun ki, mələkdi.
Səməndərlinin səsi,
Düşündürər hər kəsi.
Qəlbi ümid çeşməsi-
Sonsuz arzu-diləkdi.
NƏ AD VERƏSƏN BELƏ İNSANLARA?
Çox biləndə az danışar düz adam,
Boş nağara səs çıxarar ucadan,
Qapıdan qovanda girər bacadan,
Gəzər otaqları, çıxar kandara,
Nə ad verəsən belə insanlara?
Şəhid oldu, şirin cana qıyanlar,
Vətən torpaq sevgisini duyanlar.
Toy-bayramda iştahı olmayanlar,
Hücum çəkirlər yasda ehsanlara,
Nə ad verəsən belə insanlar?
"Kişi" olub hər yerindən qalxanlar,
Seldən, sudan yaranarlar yarğanlar.
Çöldə tülküdən, çaqqaldan qorxanlar
Evdə dönürlər şirə, aslanlara,
Nə ad verəsən belə insanlara?
Meydan sulayır külə köz deyənlər,
Düzə əyri, əyriyə düz deyənlər.
Beş qəpiyə dərisi dəyməyənlər,
Özlərin tay tutur sultanlara,
Nə ad verəsən belə insanlara?
Gün çıxanda çəkilənlər kölgəyə,
İmtahanda gələr cavab verməyə.
Yerdən Göyə asi olurlar deyə,
Salınırlar məhbəsə, zindanlara,
Nə ad verəsən belə insanlara?
Gününü bük Göy əskiyə, göynəmə,
Dərdi-qəmi daş-divara söyləmə.
Səməndərli, nəfsini qul eyləmə,
İnsana bənzər cinə-şeytanlara,
Nə ad verəsən belə insanlara?
QOY, HİMNİMİZ İRƏVANDA ÇALINSIN!
Dövlətimin yanındayam hər zaman,
Məhv etməyə hazıram şeytanları.
Əhv edirik, qaldırırlar başların,
Lənətə gəlsin bu qudurğanları.
Vətən bizim cəkdiyimiz keşikdi,
Sinəsi güllədən dəlmə-deşikdi.
Torpaq ana, səngər isə beşikdi,
Allah qorusun cəsur oğlanları.
Xankəndi də, İrəvan da alınsın,
Qoy, himnimiz İrəvanda çalınsın!
Puskuları darmadağın olunsun,
Dağıdılsın düşmən istehkamları.
Yaramızın üstə tökmə sən duzu,
Rahat uyusun Şuşada Xan qızı.
Erməniyə işləyir Osmanqızı,
Bizdən deyilmiş bunların qanları.
Lənətə gəlsin "5-ci kalon"u,
Xaricdən alır qrantı, talonu.
Qarışdıraraq siyasi salonu,
Bu həssas vaxtda deyir hədyanları.
Hələ də şeytan qoxuyur yurdumuz,
Düşmənə meydan oxuyur Ordumuz.
Bu gün qanı qanla yuyur Ordumuz,
Yerdə qalmır Şəhidlərin qanları.
Səməndərli mənasız söz qoşmayır,
Balans saxlayır, həddini aşmayır.
Bundan belə yeni tarix başlayır,
Ordu yazır tarixə dastanları.
YARDIMLI ŞAİRLƏRİ
Ədəbi cəmiyyətin önündə addımlayır,
Mirzə Cəlilsayağı cəhaləti şumlayır.
Məntiqli misralarla qəlbləri ovsunlayır,
Gündəlik yeniləyir feysdə şeirləri,
Yardımlı şairləri.
Bütün dövrdə olub xain, xəbis, müxənnət,
Sənətkar əllərində çiçəklənir hər sənət.
Gözəl şeirlər yazır dostumuz İqbal Nemət-
Unutdurur adama ağrıları, dərdləri,
Yardımlı şairləri.
Həqiqətdən kənara çıxmayıbdı Bəradər,
Naməhrəmə gözucu baxmayıbdı Bəradər.
Heç kəsi incitməyib, sıxmayıbdı Bəradər-
Tanrı dərgahındadı şairlərin yerləri,
Yardımlı şairləri!
