Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət satınalmaları ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər üzrə Hesablama Palatasının tövsiyələrinə dair təqdimat edilib

    Hesablama Palatasında dövlət satınalmalarının hesabatlılığının təhlilinin gedişatına dair tədbir keçirilib.

    Palatadan bildirilib ki, qurumun sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri və deputatları, nazir müavinləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə, Özbəkistan və Qazaxıstanın ali audit orqanlarının nümayəndələri iştirak ediblər.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət satınalmalarının hesabatlılığı sahəsində mövcud vəziyyət, bu istiqamətdə aparılmış təhlilin ilkin nəticələri barədə təqdimatla çıxış edib.

    Daha sonra dövlət satınalmaları ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər üzrə Hesablama Palatasının tövsiyələrinə dair təqdimat edilib.

    Sonda sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə aparat rəhbəri Tamerlan Namiq oğlu Yusif-zadəni və şöbə müdiri Yaşar Əli oğlu Əzizovu, “Tərəqqi” medalları ilə təltif edilən sektor müdirləri Lalə Eyvaz qızı Həsənovanı və Ceyhun Yavər oğlu Şıxəliyevi, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən şöbə müdiri Gülnar Cəfərağa qızı Hacıyevanı və şöbə müdirinin müavini Elşad Tofiq oğlu Bəşirovu təbrik edərək təltifləri təqdim edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ