Sizin reklam burada
Sizin reklam burada
  • Alüminium qiymətlərində 2008-ci ildən bəri ən böyük aylıq geriləmə qeydə alınıb

    Beynəlxlaq bazarlarda alüminiumun qiymətləri 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirib.

    İyun ayında 15 faizdən çox ucuzlaşan alüminium qiymətlərində 2008-ci ildən bəri ən kəskin aylıq geriləmə qeydə alınıb. Hazırda London Metal Birjasında alüminium qiymətləri bir ton üçün 3100 dollar civarındadır.

    Ekspertlərin fikrincə, ABŞ və İran arasında müvəqqəti sülh müqaviləsinin imzalanmasından sonra Yaxın Şərqdən alüminium tədarükünün normallaşacağı gözləntiləri qiymətlərə aşağı istiqamətli təzyiq göstərir. Qlobal alüminium istehsalının təxminən 10 faizini təşkil edən bölgədə təchizatla bağlı narahatlıqlar azalıb və müharibə fonunda artan qiymətlər əsasən geriləməyə başlaşıb. Çinin rekord səviyyədə alüminium ixracı və alüminium oksidi ehtiyatlarını artırması da qiymətlərin ucuzlaşmasına səbəb olur. Bazarda qısamüddətli müqavilələrin uzunmüddətli müqavilələrindən daha aşağı səviyyələrə enməsi isə təkliflə bağlı narahatlıqların əhəmiyyətli dərəcədə azaldığını göstərir. Digər tərəfdən, Birləşmiş Ştatlarda dolları dəyər qazanması və ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrini uzun müddət yüksək saxlaya biləcəyi ilə bağlı gözləntilər də əsas metal bazarlarında tələbat proqnozuna mənfi təsir göstərən digər amillər sırasındadır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ