Sizin reklam burada
Sizin reklam burada
  • Milli komandamızın üzvləri ilə görüş

    Azərbaycanın MMA milli komandasının baş məşqçi və üzvləri Tailanda təlim-məşq toplanışına yola düşməzdən əvvəl “Modern İnkişaf və Ailə” İctimai Birliyində görüş keçiriblər.

    Tədbiri “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Zərifə Quliyeva açıb. O, Ulu Öndər Heydər Əliyevin idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin və Dövlət Bayrağımızın ucaldılmasının xalqımıza bəxş etdiyi qürur hissi ilə bağlı fikirlərini xatırladıb. Ümummilli Lider bildirib ki, beynəlxalq yarışlarda Azərbaycan Bayrağı hər dəfə ucaldıldıqda bütün xalqımız böyük qürur və sevinc hissi yaşayır. Bu qələbə sevincini xalqımıza idmançılarımız bəxş edir və bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. İdmançılarımız beynəlxalq arenalarda qələbə qazandıqda, Azərbaycanın üçrəngli bayrağı ucaldıldıqda və Dövlət Himni səsləndikdə hər bir azərbaycanlı sonsuz qürur hissi keçirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək idmana və idmançılara göstərilən diqqət və qayğını daha da artırıblar.

    Zərifə Quliyeva milli komandanın heyətində 19 yaşlı Nərmin Əliyevanın yer almasından qürur duyduğunu bildirib və bunu Azərbaycan qadınının cəsarətli, qorxmaz və mətin olması ilə əlaqələndirib. O vurğulayıb ki, xalqımız bu keyfiyyətlərin bariz nümunəsini 44 günlük Vətən müharibəsində də görüb.

    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, “Sosial İnkişaf Uğrunda” İctimai Birliyinin sədri Cəmilə Fəyyaz, “Modern İnkişaf və Ailə” İctimai Birliyi sədrinin müavini Qalib Əliyev və digər çıxış edənlər ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs edib, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları tarixi uğurları xatırladıblar. Natiqlər Azərbaycan MMA milli komandasına qarşıdakı yarışlarda uğurlar arzulayıblar.

    Milli komandanın baş məşqçisi Ruslan Məmmədhəsənov çıxışında komandanın yeganə qadın üzvü Nərmin Əliyevaya, Qarabağ müharibəsi veteranı Elçin Hüseynova və Şahan Həsənzadəyə böyük ümid bəslədiyini bildirib. O, həmçinin bu görüşün təşkilinə görə “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevaya idmançılar və şəxsən öz adından təşəkkürünü ifadə edib.

    Sonda Zərifə Quliyeva idmançılara son illərdə müəllifi olduğu kitablardan hədiyyə edib, həmçinin onlara digər qiymətli hədiyyələr təqdim edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ