100 min tamaşaçı tutumuna malik olacaq arena hazırkı "Old Trafford" stadionundan təxminən 350 metr şimal-qərbdə inşa ediləcək.
Layihəyə əsasən, stadionun ətrafında idman və əyləncə zonası yaradılacaq. Bu layihənin həyata keçirilməsi nəticəsində təxminən 48 min yeni iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, "Mançester Yunayted" iyun ayında tikinti üçün 25 akr torpaq sahəsi alıb. Yeni stadionun inşasının 4-5 il davam edəcəyi və layihənin təxminən 2 milyard funt sterlinqə başa gələcəyi gözlənilir.
