Sizin reklam burada
Sizin reklam burada
  • DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

    İngiltərə millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Konqo üzərində əzmkar qələbə qazanaraq növbəti raunda yüksəlib.

    Atlanta şəhərində baş tutan qarşılaşmada ilk qolu Afrika təmsilçisi vurub. Brian Sipenqa 7-ci dəqiqədə hesabı açaraq komandasını önə keçirib.

    Fasilədən sonra oyunun gedişatını dəyişən İngiltərə yığması Harri Heynin 75 və 86-cı dəqiqələrdə vurduğu qollarla 2:1 hesablı qələbəyə nail olub.

    Bu nəticədən sonra İngiltərə millisi 1/8 final mərhələsində Meksika yığması ilə üz-üzə gələcək.

    Bu gün, iyulun 2-nə keçən gecə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.

    Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ