1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var.
Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb.
Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnirin iyulun 19-da başa çatması nəzərdə tutulur.
