Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Norveç millisi tarixində ilk dəfə 1/8 finala yüksəlib

    Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

    Kot d`İvuar millisi Norveç yığması ilə qarşılaşıb. “AT&T” stadionunda keçirilən görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Matçda hesabı skandinaviyalılar açıblar. 39-cu dəqiqədə Antonio Nusa rəqib qapısına yol tapıb. Digər qollar 2-ci hissədə vurulub. Əvvəlcə 74-cü dəqiqədə Kot d`İvuarın heyətində Amad Diallo hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Erlinq Holann qoyub.

    Bu nəticədən sonra tarixində ilk dəfə 1/8 finala yüksələn Norveç millisi Braziliyanın rəqibi olub.

    DÇ-2026-da 1/16 finalın digər iki oyunu iyunun 30-dan iyulun 1-nə keçən gecə təşkil olunacaq. Bakı vaxtı ilə saat 01:00-da Fransa İsveçlə, 05:00-da isə Meksika Ekvadorla üz-üzə gələcək.

    Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.

    Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ