Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Braziliya millisi növbəti mərhələdə

    ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.

    Mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkib. Hyuston şəhərindəki NRG stadionunda oynanılan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Braziliya millisinin qollarını Kazemiro və Qabriel Martinelli vurub. Asiya komandasının qoluna isə Kaysü Sano imza atıb.

    Braziliya növbəti raundda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ