Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatında 1/8 finalın ilk iştirakçısı məlum olub

    ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib.

    İlk oyun günündə bir qarşılaşma keçirilib. Mundialın ev sahiblərindən olan Kanada millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gəlib.

    Los-Anceles şəhərindəki "Sou-Fay" stadionunda oynanılan görüşün taleyini bir qol həll edib. Stiven Euştakiunun 90+2-ci dəqiqədə vurduğu qol Kanada yığmasını 1/8 finala yüksəldib.

    Qeyd edək ki, Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ