Sizin reklam burada
Sizin reklam burada
  • Xalq artisti: “Hacı Qara”da illərdir xəsis tacir kimi tanınan obraz yeni yozumda fərqli rakursdan göstərilir

    “Hacı Qara” tamaşası artıq üçüncü dəfədir ki, teatrımızın səhnəsində nümayiş olunur. Bunlardan ikisi rejissor Bəhram Osmanovun quruluşunda hazırlanıb. Əvvəlki quruluşda Hacı Qara obrazını mən canlandırmışdım. Bu dəfə isə tamaşaya Xalq artisti Cənnət Səlimova yeni quruluş verərək əsərə fərqli baxış gətirdi. Cənnət Səlimova klassik əsəri ənənəvi çərçivədən çıxararaq tamaşaçılara tamam başqa bir Hacı Qara təqdim etdi.

    Bunu Xalq artisti Yasin Qarayev deyib.

    Xalq artisti diqqətə çatdırıb ki, illərdir xəsis tacir kimi tanınan bu obraz yeni yozumda fərqli rakursdan göstərilir. “Hadisələrin gedişindən aydın olur ki, Hacı Qaranın başına gələnlər təkcə tamahkarlığının deyil, həm də onun sadəlövhlüyünün nəticəsidir. Bu yanaşma əsərin ənənəvi məzmununa yeni nəfəs gətirir. Tamaşanın finalı da klassik sonluqdan fərqlənir. Hacı Qara Heydər bəylə Sonanın toyunun üç gün, üç gecə davam edəcəyini elan edir və tamaşa nikbin, şən ovqatla başa çatır.

    Mən tamaşada Arskel obrazını canlandırıram. Bu obraz ömrü boyu müsəlmanların qapısında nökərlik edən, mal-qarasını otaran, taxılını biçən, xırmanını döyən, dəyirmanını işlədən erməni xislətli bir insanı təcəssüm etdirir. Çalışmışam ki, bu obrazın xarakterini və daxili mahiyyətini tamaşaçıya dolğun şəkildə çatdıra bilim. İnanıram ki, “Hacı Qara”nın bu yeni səhnə yozumu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq və teatrımızın uğurlu, sevilən tamaşalarından birinə çevriləcək”, -deyə Yasin Qarayev əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ