Bu barədə AKİ-dən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Elməddin Alıyev və Xəyyam Abdullazadənin “Nargin” tammetrajlı bədii-sənədli filmi, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi, Daniel Quliyevin “Uzaq”, Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan”, Nurlan Həsənlinin “Erkən hisslər”, Gəray Həsənin “Zəfər rəqsi” qısametrajlı bədii filmləri nümayiş olunacaq.
AKİ bu təşəbbüs vasitəsilə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.
