Sizin reklam burada
Sizin reklam burada
  • "İlisu"da "Ram-Ramay" şəlaləsi

    Uzun saçlarını açıb sıldırım qayalıqlardan dərə boyunca aşağı sallayan gördüyünüz bu möhtəşəm şəlalə Azərbaycanın sayca ən çox alim və ziyalılar yetişdirən Qax rayonunun İlisu kəndindədir; adına "Ram-Ramay" şəlaləsi deyirlər. Dəniz səviyyəsindən 1550 metr yüksəklikdə qərar tutan bu şəlalənin hündürlüyü 76 metrdir. Şəlalənin yolu həm son dərəcə sıldırımlı, həm də iri daş-kəsəkli olduğundan adi maşınlarla hərəkət etmək mümkün deyil. Bunun üçün kəndin uyğun yerində, təxminən şəlalədən 1,5 kilomet aşağı məsafədə dayanan ayrıca 4 çarxlı, el dili ilə desək, qoşa diferli güc mexanizmi ilə işləyən "niva", "viylis" və "uaz" markalı keçmiş sovet maşınlarına əyləşməli olur ziyarətçilər.
    Gəlməyə, görməyə, zövq alamağa dəyər!

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ