Bunu "atributinfo.az"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı,, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O, əlavə edib ki hələ 2020-ci ilin əvvəllərində, 44 günlük Vətən müharibəsindən öncə, Xeyrənisə nənə ilə Bakı şəhərində görüşümüz olarkən mən ona bildirmişdim ki, inşallah, tezliklə torpaqlarımız işğaldan azad olacaq, mən sizi Kəlbəcərdə, dədə-baba yurdumuzda, doğma evinizdə ziyarət edəcəyəm. Böyük sevinc hissi ilə qeyd edirəm ki, bu arzumuz, eyni zamanda ziyarətimiz də baş tutdu:
"Əlbəttə ki, bu sevinci bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına, rəşadətli Ordumuza və qəhrəman oğullarımıza borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə möhkəm can sağlığı arzulayıram."- Aqil Məmmədov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
