Sizin reklam burada
Sizin reklam burada
  • Bu nəticə tək bir mərkəzin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin uğurudur

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili

    Əziz dostlar, dəyərli həmvətənlər!
    Kardiologiyamız, tibbimiz və ölkəmiz adına çox xoş bir xəbəri sizinlə bölüşmək istəyirəm.

    Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi Avropa Kardiologiya Cəmiyyətinin (ESC) və Avropa Ürək Ritm Assosiasiyasının (EHRA) rəsmi tədris mərkəzi statusunu qazanaraq akkreditasiyadan keçmişdir. Bu status yalnız bölgəmizdə deyil, eyni zamanda dünyada bu sahə üzrə tanınmış cəmi 39 mərkəzdən biri olmaq deməkdir.

    Bu, sadəcə bir institusional uğur deyil. Bu, Azərbaycan səhiyyəsinin, Azərbaycan həkiminin və ümumilikdə tibbi potensialımızın beynəlxalq səviyyədə qəbulunun real göstəricisidir. Artıq ölkəmizdə dünyanın aparıcı mərkəzlərində tətbiq olunan aritmologiya prosedurları və tədris proqramları həyata keçirilir və xarici ölkələrdən gələn mütəxəssislərin də burada tədris alması mümkün olacaq. Həkimlərin əldə edəcəyi sertifikat isə, Avropa Kardiologiya Cəmiyyətinin imzası ilə qəbul olunacaq.

    Belə nailiyyətlər bir gündə əldə olunmur. Bu, illərlə davam edən zəhmətin, davamlı tədrisin, beynəlxalq əməkdaşlığın və ən əsası komanda ruhunun nəticəsidir. Bu işdə əvəzsiz rolu olan dəyərli dostumuz Fərid Əliyev başda olmaqla bütün həkimlərə, tibb bacılarına, texniki və inzibati heyətə dərin təşəkkür edirik.

    Bu nəticə tək bir mərkəzin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin uğurudur.
    Uğurlarımız bol olsun!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ