
Akif Təvəkküloğlu
Əməkdar jurnalist
Ömür karvanımı sona yetirdim,
Ömür gün bitsədə dərdim bitmədi
Bağımda lalələr, nərgizlər əkdim.
Gül-çiçək dərməyə vaxtım yetmədi.
Dumanlar çökübdü zirvələrimə,
Hara getdiyimi bilə-bilmirəm.
Qayıtmaq istərəm ötənlərimə,
Heyif ki, geriyə dönə bilmirəm.
Yaşayıb çatmışam müdrik yaşına,
Kövrəklik, uşqlıq əl çəkmir yenə.
Nələr gətirmədin dünya başıma,
Vurduğun yaralar bəs etmir sənə?
Sevgiylə döyünən bir ürəyim var,
O ürək dünyanın özü boydadır.
Bürüyüb ətrafın şaxta, boran, qar
Özüm də bilmirəm o nə haldadır.
Əlvida deyirəm sənə a dünya,
Heç nəyi doyunca vermədin mənə.
Çox ümid bəslədim sənə a dünya
Amma nahaq yerə inandım sənə