Adil Əliyevə qarayaxma kampaniyalarına son qoyulmalıdır
Sosial
31-05-2026, 14:50
83
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu gün şəhid ailələrinin, Vətənin müdafiəsi uğurunda sağlamlığını itirmiş qazilərin ən yaxın dostu, qardaşı, onların ailə üzvləri və bu qəbildən olan insanlara ən çox diqqət və qayğı göstərən dövlət məmurudur. Hər bir ŞƏHİD ANASI Adil Əliyevi özünə oğul və qardaş hesab edir. Bunu şəxsən şəhid analarının özlərindən eşitmişəm.
Adil Əliyev, həm də xəyanətkar, satqın, Vətənin, dövlətimizin, dövlətçiliyimizin ünvanına şər-böhtan atmağı özlərinə dolanışıq yolu seçənlərin başı üzərində Domokl qılıncı olub və indi də belədir. İndi həmin üzüdönüklərin Adil Əliyev haqqında nəsə deməsinin bir cavabı var .......karvan keçər.