Sizin reklam burada
Sizin reklam burada
  • QDİƏT PA-nın tədbirində

    Milli Məclisin Hesablayıcı komissiyasının sədri,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, üzvləri – Milli Məclisin komitə sədri Musa Quliyev və deputat Səbinə Salmanova noyabrın 22-də Yunanıstan Respublikasının Afina şəhərinə səfər edəcəklər.

    Səfər zamanı deputatlar QDİƏT PA-nın 68-ci Baş Assambleyasında iştirak edəcəklər.

    Tədbir çərçivəsində “Silahlı münaqişələrin cəmiyyət, iqtisadiyyat, ətraf mühit və insan hüquqları üçün kompleks nəticələri” mövzusunda müzakirə keçiriləcək, Qara dəniz regionunda iqlim dəyişikliyinin iqtisadi aspektləri, elm və texnologiyanın inkişafına parlament dəstəyi, insan kapitalının qorunması, təhsil, səhiyyə və rəqəmsal bacarıqların inkişafı kimi məsələlər nəzərdən keçiriləcək.

    Səfər noyabrın 26-da başa çatacaq.


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ