Sizin reklam burada
Sizin reklam burada
  • Aqrar Xidmətlər Agentliyi: Məhsuldarlığın keyfiyyəti və artımı aqronomların işindən asılıdır

    Məhsul istehsalında dayanıqlığın və rəqabət qabiliyyətinin təmin edilməsi üçün torpağın hazırlanmasından, sağlam və keyfiyyətli toxum seçimindən başlayaraq bütün mərhələlər nəzərə alınmalıdır. Əsas məqsəd yeni tendensiyaları, müasir texnologiyaları, qlobal inkişaf tələblərini tətbiq edib yüksək məhsuldarlığa nail olmaqdır.

    Bu sözləri Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Vüsal Hacıyev Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilən “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda konfransın panel iclasında deyib.

    Onun sözlərinə görə, aqronomlar iki istiqamətdə mühüm rol oynayırlar: “Birincisi, onlar dövlət proqramında və fəaliyyət planında müəyyən edilmiş hədəflərlə fermerlərin məhsul istehsalı və əldə etdikləri nəticələr arasında körpü rolunu oynayırlar. İkincisi isə, aqronomlar dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün fəaliyyət göstərən sahə icraçılarıdır. Məhsuldarlığın artımı və keyfiyyəti onların işindən çox asılıdır. Bu baxımdan aqronomlar karyera inkişafı prosesində də bu istiqamətləri nəzərə alaraq fəaliyyətlərini təkmilləşdirə və yeni istiqamətlər üzrə inkişaf etməlidirlər. Əsas hədəflərdən biri bitkiçilikdə buğda məhsuldarlığını təxminən 20 faiz artırmaqdır. Digər hədəflərə pambıq və cücərti bitkiləri üzrə məhsuldarlığın artırılması, bu sahədə təxminən 17 faizlik artımın təmin edilməsidir”, - deyə Vüsal Hacıyev əlavə edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ