Sizin reklam burada
Sizin reklam burada
  • Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

    Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

      U-20 yığması hazırlıq prosesinin son günündə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş milli komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, yığmalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilmiş ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ