Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

    Qazaxıstanın Kostanay şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü çərçivəsində “Qazaxıstan və Azərbaycanın müstəqillik yolunun tarixi: ortaq dəyərlər və müasir əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

    Tədbiri Kostanay vilayəti azərbaycanlılarının “Birlik” ictimai birliyi təşkil edib.

    Tədbirdə iki qardaş xalqın müstəqilliyə gedən tarixi yolu, milli dəyərlərin qorunması, həmçinin Qazaxıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində gənclərin rolu müzakirə olunub.

    “Birlik” Azərbaycan etnomədəni birliyinin sədri Rafail Hacıbalaev çıxışında iki ölkənin müstəqillik tarixindən danışıb. O, Qazaxıstan və Azərbaycan arasındakı qardaşlıq və strateji münasibətləri vurğulayıb, iki ölkənin uzun illər ərzində mədəni, humanitar, iqtisadi və ictimai sahələrdə əməkdaşlığını xüsusi qeyd edib.

    Tədbirdə icmanın gənclərlə iş üzrə rəhbəri Leyla Kərimova və “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Qazaxıstan üzrə koordinatoru Zəka Zəkiyev də çıxış ediblər.

    Fəal gənclərə ictimai fəaliyyətə töhfələrinə görə fəxri fərmanlar və təşəkkür məktubları təqdim edilib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ