![]()
Bu gündən Türkiyədə iqlim böhranı ilə mübarəzədə dünyanın ən mühüm tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) start verilib.
İlk dəfə Türkiyənin ev sahibliyi ilə keçirilən tədbir ölkənin Antalya vilayətində 527 min kvadratmetri Mavi Zona və 582 min kvadratmetri Yaşıl Zona olmaqla, ümumilikdə 1 milyon 100 min kvadratmetr ərazidə təşkil edilib.
Mavi Zonada liderlər dünyanın iqlim baxımdan gələcəyini müzakirə edəcəklər. Yaşıl Zonada isə bu müzakirələrin praktiki tətbiqi nümayiş olunacaq.
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur, COP "Mavi Zonada" Azərbaycan pavilyonu qurulub.
Sammitdə dünya liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasətləri və həllə dair təklifləri müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurumun sədrliyi ilə keçiriləcək COP31-də Türkiyə sözlərin əmələ çevriləcəyi və ölkələrin hərəkətə keçməsini təmin edəcək “İcra COP”unu reallaşdırmaq niyyətindədir.
Tədbirdə 100 minə yaxın qonağın, 1,5 milyon ziyarətçinin iştirakı gözlənilir.
