Astara rayonunda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
"Atributinfo.az" xəbər verir ki, Rayon rəhbərliyi və Vətən müharibəsi qaziləri Şəhidlərin Xatirə Kompleksini və Zəfər Parkını ziyarət etmiş, abidələrin önünə gül dəstələri qoymuşlar.
Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar.
Bəradər Səməndərli
"Atributinfo az"
