Sizin reklam burada
Sizin reklam burada
  • Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

    Berlində fəaliyyət göstərən türk ictimai birliklərinin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə tədbir keçirilib.

    Tədbirdə Almaniyanın ictimai-siyasi dairələrinin, diplomatik korpusun, ictimai təşkilatların, türk və Azərbaycan diasporlarının nümayəndələri iştirak ediblər.

    Çıxışlarda Qurban bayramının həmrəylik, paylaşma və qarşılıqlı dəstək kimi dəyərləri təşviq etdiyi vurğulanıb.

    Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan xaricdə yaşayan türk icmasının milli-mənəvi dəyərlərinin qorunmasının əhəmiyyətinə diqqət çəkərək, bu cür tədbirlərin mədəni bağların möhkəmlənməsinə və gənc nəslə ötürülməsinə xidmət etdiyini bildirib.

    Tədbirdə bu cür təşəbbüslərin müxtəlif mədəniyyətlər və icmalar arasında dialoqun və inteqrasiyanın gücləndirilməsi baxımından mühüm rol oynadığı qeyd olunub.

    Bayramlaşma proqramında iştirakçılar arasında fikir mübadiləsi aparılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ