"Atributinfo.az" xəbər verir ki 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının Prezidenti Ülvi Quliyevin iştirakı ilə keçirilən tədbirdə 13 klubdan 300-ə yaxın idmançı iştirak edirdi. 200 idmançı növbəti kəmər dərəcəsi üçün imtahan verdi, ən yüksək nəticə göstərən iştirakçılar qara kəmər ustası dərəcələrinə layiq görüldülər.
Tədbirdə həmçinin Beynəlxalq Real Aykido Federasiyasının prezidenti İqor Petroviç və Qazaxıstan nümayəndə heyəti də iştirak edirdilər.
"Bu tədbirə dəvəti məmnunluqla qəbul etdim. Çünki belə tədbirlər həm təcrübə mübadiləsi, həm də yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır."- AKF Prezidenti Ülvi Quliyev tədbirin nəticələri bağlı "atributinfo.az"a açıqlamasında bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
