Sizin reklam burada
Sizin reklam burada
  • İlahə İsmayılova – Uşaqların sağlam gələcəyinə həsr olunmuş bir ömür

    Səhiyyə yalnız bir peşə deyil, insan həyatına toxunmaq, ümid vermək və gələcəyə xidmət etmək sənətidir. Bu missiyanı öz həyat yoluna çevirən insanlardan biri də İlahə İsmayılovadır.

    Qısa tanıtım:

    İlahə İsmayılova — 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, orta təhsilini Yasamal rayonu 176 saylı orta məktəbdə başa vurmuşdur. Uzun illər səhiyyə sistemində fəaliyyət göstərən peşəkar baş tibb bacısı və səhiyyə idarəçisidir.

    Əmək fəaliyyətinə 6 saylı Uşaq Klinik Xəstəxanasında tibb bacısı kimi başlamış, daha sonra qəbul şöbəsinin böyük tibb bacısı, ARİTŞ üzrə böyük tibb bacısı və baş tibb bacısı vəzifələrində çalışmışdır. Hazırda Respublika Pediatriya Mərkəzində tibb bacılarının şöbə müdiri kimi fəaliyyət göstərir.

    20 ildən artıq peşə təcrübəsi ərzində reanimasiya, pediatriya, stasionar xidmət və xəstəxana idarəçiliyi sahələrində mühüm praktiki və təşkilati fəaliyyət göstərmişdir. Tibb personalının koordinasiyası, tibbi sənədləşmə, keyfiyyət idarəetməsi və səhiyyə xidmətlərinin optimallaşdırılması istiqamətində peşəkar bacarıqlara malikdir.

    Azərbaycan Tibb Universitetinin Allergologiya və İmmunologiya kafedrasında professor Amaliya Əyyubova, professor Lalə Allahverdiyeva və digər tanınmış alimlərin elmi-praktik məktəbinin yetirməsi olmuşdur. Bu elmi mühit onun peşəkar dünyagörüşünün və klinik yanaşmasının formalaşmasında mühüm rol oynamışdır.

    İlahə İsmayılova Tibb Kollecində mamalıq ixtisası üzrə təhsil almış, . Eyni zamanda ISO 9001:2015 və ISO 7001:2023 beynəlxalq keyfiyyət standartları, səhiyyə idarəçiliyi və hemşirelik üzrə çoxsaylı beynəlxalq sertifikat proqramlarının iştirakçısı olmuşdur.
    Hazırda Moskva İdarəçilik Akademiyasının Səhiyyənin İdarə edilməsi fakultəsi 3-cü kurs tələbəsidir.

    O, məsuliyyətli idarəçilik prinsipləri, analitik düşüncə tərzi, peşə etikası və komanda idarəçiliyindəki uğurları ilə Azərbaycan səhiyyəsində peşəkar tibb bacısı və səhiyyə təşkilatçısı kimi tanınır.

    Uşaqlara olan sonsuz sevgisi onun peşə seçimində həlledici rol oynayıb. Məhz bu sevgi onu pediatriya sahəsinə gətirib və fəaliyyətini uşaqların sağlamlığına, rifahına və xoşbəxt gələcəyinə həsr etməsinə səbəb olub. İlahə İsmayılova hesab edir ki, hər bir uşağın sağlam böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyinə qoyulan ən qiymətli sərmayədir.

    Uzun illər ərzində qazandığı təcrübə, peşəkarlıq və rəhbərlik bacarığı onu həm həmkarları, həm də pasiyent ailələri arasında hörmət qazandıran səhiyyə mütəxəssislərindən birinə çevirib. O, tibb bacılığı peşəsinin inkişafı, peşəkar biliklərin artırılması və müasir səhiyyə prinsiplərinin tətbiqi istiqamətində fəal fəaliyyət göstərir.

    Təbii ki, İlahə İsmayılovanın həyat fəlsəfəsinin mərkəzində insan amili dayanır. Onun üçün hər bir uşaq ayrı bir dünya, hər bir təbəssüm isə görülən işin ən böyük mükafatıdır. Mərhəmət, məsuliyyət, peşəkarlıq və liderlik onun xarakterini müəyyən edən əsas xüsusiyyətlərdir.

    Bu gün də o, səhiyyə sahəsində fəaliyyətini eyni həvəs və məsuliyyətlə davam etdirərək uşaqların sağlam gələcəyinə xidmət etməyi özünün ən ali missiyası hesab edir.

    Qeyd:

    İlahə İsmayılova — Azərbaycan səhiyyə sistemində tibb bacılığı peşəsinin inkişafına töhfə verən peşəkar simalardan biri kimi tanınır. Uzun illərə söykənən praktik fəaliyyəti, təşkilati bacarığı və humanist yanaşması ilə seçilən İlahə İsmayılova, xüsusilə pediatrik xidmət sahəsində tibb bacılarının peşəkar formalaşması və koordinasiyası istiqamətində fəaliyyəti ilə diqqət çəkir.
    Onun fəaliyyəti yalnız klinik xidmətlə məhdudlaşmır; eyni zamanda tibb bacılarının maarifləndirilməsi, etik dəyərlərin qorunması və səhiyyədə multidissiplinar əməkdaşlığın gücləndirilməsi istiqamətində də mühüm əhəmiyyət daşıyır. Peşəsinə yüksək məsuliyyət və mənəvi bağlılıqla yanaşan İlahə İsmayılova, tibb bacısını yalnız icraçı deyil, xəstənin sağalma yolunda əsas dayaqlardan biri kimi təqdim edən müasir baxışın daşıyıcılarındandır.
    Xüsusilə Beynəlxalq Tibb Bacıları Gününə həsr olunan tədbirlərdə etdiyi çıxışlar və gənc tibb işçilərinə verdiyi motivasiyaedici mesajlar onun səhiyyə ictimaiyyəti içərisində formalaşmış nüfuzunu əks etdirir. Akademik və peşəkar çevrələrdə humanizm, intizam və xidmət fəlsəfəsini özündə birləşdirən səhiyyə nümayəndəsi kimi dəyərləndirilir.

    Sitat; “Uşaqların sağlamlığına xidmət etmək mənim üçün sadəcə peşə deyil, qəlbimdən gələn bir həyat missiyasıdır.”- İlahə İsmayılova

    Hazırladı:
    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ