Sizin reklam burada
Sizin reklam burada
  • Dövlət başısına əməli işi ilə sadiq, dövlətini, xalqını, sevən sahibkar Hacı İldırım Allahyarov

    Masallı "Isti-su Fatimeyi - Zəhra, Şəfa" sanatoriyası-min bir dərdin dərmanı

    Ulu Öndər tərəfindən sahibkarlığın inkişafı istiqamətində hələ 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilmiş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.
    Eyni zamanda.Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili” elan edilmiş, tədbirlər plani qəbul olunmuş və müvafiq işlər görülmüşdür. 2001-ci ildə Azərbaycan Ümumdünya Turizm Taşkilatına daxil olmuşdur. Təşkilatın əsas məqsədi beynəlxalq sülh, qarşılıqlı anlaşma və iqtisadi inkişafın təmin olunmasında mühüm amil kimi turizmin inkişafıdır. Ümumdünya Turizm Təşkilatının keçirdiyi bütün tədbirlərdə toplantilarda, iclaslarda, seminarlarda və tədris kurslarında Azərbaycan iştirak etmişdir. Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.
    Qeyd etdiyimiz kimi, turizm Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və ölkənin gələcək iqtisadi inkişafı üçün böyük perspektivlər verir. Respublikanın iqlimi, zəngin təbiəti, mədəni-mənəvi abidələri turizmin yeni növlərinin inkişafını təmin edir. Turizm ehtiyatlarının tarixi ekoloji, ekzotik, təbiət, idman və mədəni turizmin inkişafı baxımından perspektivlidir.
    Azərbaycanin dilbər güşələrindən və ekoloji cəhətdən zəngin bölgələrindən olan Masall rayonu bu baxımdan turizmin inkişafinda mühüm əhəmiyyət kəsb edir. Uzun illərdir ki, burada fəaliyyət göstərən və müalicəvi əhəmiyyəti, yüksək kurort xidmətləri ilə xüsusi diqqət çəkən "İsti-Su Fatimeyi Zəhra" Şəfa sanatoriyası artıq dillərdə əzbərir.
    Məlumat ücün deyək ki,"İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
    İsti suyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində əslən Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir.
    O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İsti su məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman–1971-ci ildə, Masallı isti suyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
    "İsti-su Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
    "Isti-su" sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta Azərbaycanın hüdudlarindan kənardan-xaricdən də insanlar müalicəyə gəlirlər.
    Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbək xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri–pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd yolları xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

    BƏRPASI

    Ötən əsrin 90-cı illərinin əvvəllərindən İstisu sanatoriyası baxımsızlıq üzündən bərbad hala düşmüşdü. "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana əsasən, 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxdı.
    2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı ilə bağlı İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdu. Və.... O vaxtdan İldırım Allahyarov sanatoriyanı ilbəil abadlaşdiraraq tam müasir tələblərə cavab verən hala gətirdi. İndi burda insanlar təkcə müalicə deyil, həm də təbiət gözəlliklərindən, insan əməyindən yaranan və zövq oxşayan zəngin gözəlliklərdən, mədəni-məisət xidmətlərindən, musiqili-əyləncəli istirahət növlərindən yararlana bilirlər. Burda istirahətə gələn hər kəs eyni zamanda sanatoriyada çalısan və xidmət göstərən işçilərin mehriban, səmimi, isti münasibətlərindən də çox razı qalırlar.
    Sanatoriyanın rəhbəri, tanınmış iş adamı Hacı İldırım Allahyarov son dərəcə dövlətə və dövlət başçısına sədaqətli, vətənini, xalqını, millətini ürəkdən sevən, hər kəsə eyni səmimiyyət göstərən sadə, nəcib, xeyirxah insandır. Məhz onun fədakar rəhbərliyi altında burada yetərincə insanlar işlə təmin olunaraq evinin, ailəsinin dolanışığını təmin edir. Bu insan hər sözündə, hər kəlməsində Ulu öndər Heydər Əliyevin ruhuna rəhmət və onun qoyub getdiyi mükəmməl siyasi-iqtisadi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı məqsədyönlü dövlətçilik prinsiplərinə sədaqət, sahibkarlıgın inkişafina verdiyi yüksək dəstəyə, diqqət və qayğıya görə minnətdarlığı ifadə edir.
    Görülən və görüləcək bütün təqdirəlayiq işləri, insanlara əhəmiyyətli dərəcədə yaradılan müalicəvi şəraiti, göstərilən yüksək xidməti məhz Ulu Öndərin tövsiyələri və dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısinın nəticəsi hesab edir.
    Deyirlər, "ağac bar verdikcə başını aşağı salar". Hacı İldırım taninmıs sahibkar, iş adam9 olaraq əldə etdiyi nailiyyətlərin fonunda heç zaman təkəbbürluk etməyib, başını aşagı salıb Allahına şükr edərək, ölkə rəhbərinə minnətdar olaraq xalqına, dövlətinə layiqli turizm xidmətləri göstərib və göstərməkdə davam edir.
    İşiniz uğurlu olsun Hacı!

    Bəradər Səməndərli
    "Atribut" qəzeti və "atributinfo.az" saytının baş redaktoru








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ