Klubun rəsmi saytına istinadən xəbər verilir ki, niderlandlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Mersisayd təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına start verildiyini açıqlayıb.
Qeyd edək ki, 2024-cü ilin yayından “Liverpul”a başçılıq edən Arne Slot fəaliyyəti dövründə komandaya İngiltərə çempionluğunu qazandırıb. “Qırmızılar” başa çatan mövsümdə isə 60 xalla 5-ci yeri tutub.
