Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam.
Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir.
P.S. Biz də öz növbəmizdə "atributinfo.az"ın kollektivi olaraq işi-əməli, dürüstlüyü-saflığı, alicənablığı, dövlətə, xalqa bağlılıgi ilə seçilən Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin ünvanına yazılan şər-böhtanları, iyrənc kampaniyaları pisləyir, belə ünsürlərin tezliklə ədalət mühakiməsinə cəlb ediləcəyinə şübhə etmirik!
Bəradər Səməndərli
"Atributinfo.az"ın baş redaktoru
