
Samid Muradov Bakıya qayıtdıqdan sonra dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də, uzun müddət nəticə əldə edə bilməyib.
"Atributinfo.az" xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini Ehtiram Mehtiyev məsələni öyrəndikdə problemin həlli üçün dərhal təşəbbüs göstərib və Samid Muradovun Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun qəbuluna düşməsinə kömək edib.
Nazirlik tərəfindən müraciətə operativ reaksiya göstərilib və Samid Muradov birbaşa cənab nazirə üzləşdiyi problemləri çatdırıb. Vilayət Eyvazov qısa zamanda məsələnin həlli üçün müvafiq göstərişlər verib.
Samid Muradov bu dəstəyə görə Daxili İşlər Nazirliyinə və şəxsən nazir Vilayət Eyvazova təşəkkürünü bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
