Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda Zəfər Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

    8 Noyabr – Zəfər Günü münasibətilə Qax rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

    "Atributinfo.az"ın məlumatına görə agacəkmə aksiyasında rayon rəhbərliyi, Yap rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbər və əməkdaşları,  əmək kollektivləri  və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya çərçivəsində rayonun avtomobil yollarının ətrafında, yaşayış məntəqələrində, park və sosial obyektlərin həyətlərində müxtəlif növ ağac və kol bitkiləri əkilib.

    Belə ki, Qax–Qaşqaçay–Armudlu və Qorağan–Qax–Zaqatala avtomobil yollarının ətrafında, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirilən yaşıllaşdırma işləri zamanı 600 ədəd meşə ağacı, 600 ədəd qoz, 400 ədəd fındıq, 400 ədəd dekorativ kol və 800 ədəd digər meyvə ağacı olmaqla, ümumilikdə 2800 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

    Ağacəkmə aksiyası yalnız ərazilərin yaşıllaşdırılması deyil, həm də Zəfər Gününün tarixi və mənəvi mahiyyətinə uyğun olaraq quruculuq, inkişaf və gələcək nəsillərə sağlam ətraf mühitin ötürülməsi ideyasının təcəssümüdür.

    Bu təşəbbüs Azərbaycanın qazandığı tarixi Zəfərin yaratdığı yeni inkişaf mərhələsinin, dövlətin ekoloji siyasətinə və ətraf mühitin qorunmasına göstərilən diqqətin əməli ifadəsidir.

    Qax rayonunda yaşıllıq sahələrinin artırılması, yolkənarı ərazilərin abadlaşdırılması, yaşayış məntəqələrinin ekoloji və estetik görkəminin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir. Əkilən hər bir ağac Zəfərimizin yaratdığı quruculuq ruhunun, gələcəyə inamın və sağlam ətraf mühit naminə ortaq məsuliyyətimizin rəmzidir.


    Bəradər Səməndərli,

    Zahir Məmmədov 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ