Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli POEZİYASI


    Bəradər Səməndərli


    BUNU DEMƏLİYƏM, YERİDİ DEYƏ


    Taleyim toxundu daşa, yanıldım,

    Bunu deməliyəm yeridi deyə.

    Əsas orqanımın bir parçasını,

    Bu gün kəsib atdım, çürüdü deyə.


    Ömrüm hədər oldu nankor əlində,

    Balıq tutmayırdım mən ki, dərində.

    Bəzən ağlı olmur gözəllərin də,

    Edir özbaşnalıq "hürü"dü deyə.


    Çoxdan dağılmışdı istehkamım da,

    Yığılıb qalmışdı niskil canımda.

    Keçmirdi səksəkəm, həyəcanım da,

    Öz "itim" üstümə hürürdü deyə.


    Mən şeytan cildinə girə bilmədim,

    İzinsiz bir çiçək dərə bilmədim.

    Beş addım qabağı görə bilmədim,

    Başımı dumanlar bürürdü deyə.


    Bəradər, ürəkdən gəlir bu şeirin,

    Şərə qalib gələn günüdü Xeyrin.

    Çox getmə üstünə, göstərmə yerin,

    Susdu, danışmadı, kiridi deyə.


    ÖZÜNÜ SEVDİRMƏ MƏNƏ


    ...Sən Allah özünə öyrətmə məni,

    Hicran qoxusuyla göynəmə məni.

    Musa Yaqub.


    Bir azca insafın varsa,

    Özünü sevdirmə mənə. 

    İki dünya bir olarsa,

    Sevsəm, ayrıla bilmərəm,

    Ürəyini vermə mənə,

    Özünü sevdirmə mənə.


    Çək əlini əllərimdən,

    Tökülərsən gözlərimdən.

    Gəl, incimə sözlərimdən,

    Azacıq ömrüm qalıbdı,

    Onu da çox görmə mənə,

    Özünü sevdirmə mənə.


    Görməmişəm beləsini,

    Duymamışam nəfəsini.

    ,,Qoşa nar,,ın giləsini 

    Qoparıb göndərmə mənə,

    Özünü sevdirmə mənə. 


    Ölən kimi ölməyəcəm,

    Gülən kimi gülməyəcəm.

    Qərar tuta bilməyəcəm,

    Gələcək ev "türmə" mənə,

    Özünü sevdirmə mənə.


    Ürəyimdi, səs eyləyir,

    Bilirsənmi nə söyləyir?

    Gözəlliyin bəs eyləyir,

    Gərək deyil sürmə mənə,

    Özünü sevdirmə mənə.


    Nə kiprik uzat, nə qaş al,

    Nə üzük tax, nə daş-qaş al.

    Hicab tutub bağlama şal

    Göstərərək ,,tirmə,, mənə,

    Özünü sevdirmə mənə.


    Sevmədən yaşayan varmı?

    Heç sevgidən doyan varmı?

    Axıtsam göz yaşlarımı,

    Çata bilməz Kür də mənə,

    Özünü sevdirmə mənə. 


    Məhəbbətin yoxdu sonu,

    Səməndərli bilir onu. 

    Açmayacam telefonu,

    Zəng eləmə bir də mənə,

    Özünü sevdirmə mənə,

    Özünü sevdirmə mənə.


    ÇƏKİLİB BİNİMİZ, BƏRƏKƏTİMİZ


    Ötənlər ruhumu alıbdı məndən,

    Bu günə xatirə qalıb dünəndən.

    Nəhrədən, cəhrədən ayrı düşəndən,

    Kəsilib heyimiz, hərəkətimiz,

    Çəkilib binimiz, bərəkətimiz,


    Görən, hara gedir köçumız belə?

    Yoxsa, incik düşüb kökümüz belə? 

    İkimiz belədi, üçümüz belə,

    Budur bir-birimizə sədaqətimiz?

    Çəkilib binimiz, bərəkətimiz


    Yol-iriz bizimdi, səki bizimdi,

    Tərəzi bizimdi, çəki bizimdi.

    Nə böyük qalıbdı, nə kiçik indi

    Küçüyü tərbiyə etmir itimiz,

    Çəkilib binimiz, bərəkətimiz.


    Söz gedib dəymirdi daşa-divara,

    Nə işsiz yox idi, nə də avara.

    Həvəslə gedərdik tamaşalara,

    Gülərdi üzümüz, sir-sifətimiz,

    Çəkilib binimiz, bərəkətimiz.


    Pulumuz çatardı alınan mala,

    Maaşdan istiqraz atardıq dala.

    Abunə olardıq qəzet-jurnala,

    Sönübdü oxucu məhəbbətimiz,

    Çəkilib binimiz, bərəkətimiz.


    Analar təndirə təzək atardı,

    Xəmir yoğurardı, çörək yapardı.

    Nənələr nəvəylə başın qatardı,

    Babadan gələrdi nəsihətimiz,

    Çəkilib binimiz, bərəkətimiz.


    Bəradər bağrını dağla haramın,

    Çalış qaysağını bağla yaramın.

    Qarışan vaxtıdı ağla-qaranın,

    Hələ qarşıdadı məşəqqətimiz,

    Çəkilib binimiz, bərəkətimiz.


    AZAD OLUR ƏSARƏTDƏN YURDUMUZ


    Ölkəmizin qızıl əsri başlayır, 

    Azad olur əsarətdən yurdumuz.

    Son qoyaraq 30 illik həsrətə,

    Qarabağda tarix yazır Ordumuz,

    Azad olur əsarətdən yurdumuz.


    Belə gündə dost-düşməni seçirik,

    Ön cəbhədə düşmənə "don" biçirik.

    "Xudafərin" körpüsündən keçirik,

    Birləşin ey, parçalanmış xalqımız,

    Azad olur əsarətdən yurdumuz.


    Qədim Şuşa Qarabağın gözüdür,

    Ermənilər hər addımı "söz" edir.

    Monoetnik ölkə onlar özüdür,

    Təmizlənir içimizdən "qurdumuz",

    Azad olur əsarətdən yurdumuz.


    Böyük zəfər çaldıq, şükür Allaha,

    Tarixə iz saldıq, şükür Allaha.

    Şuşanı da aldıq, şükür Allaha,

    Kəlbəcərə, Laçınadı yolumuz,

    Azad olur əsarətdən yurdumuz.


    Türkiyəmiz yaşa, bayramımızdı,

    Bu qələbə qoşa bayramımızdı.

    Alınıbdı Şuşa, bayramımızdı,

    Bəradərəm, yoxdu sual-sorğumuz,

    Azad olur əsarətdən yurdumuz.


    NƏLƏRİ ADLADIM, NƏLƏRİ KEÇDİM


    Çəkdiyim acılar ötür günbəgün,

    Əridən günəşdi qışın qarın da.

    Daha bundan belə yaşıl yanacaq ,

    Ömür yollarımın işıqforunda.


    Saçımı ağardan ötən çağları,

    Mən ki, yaşamadım, ötəri keçdim.

    Bu daşlı-kəsəkli ömür yolunda,

    Nələri adladım, nələri keçdim.


    Sel suya qardışdı bulud gözümdə,

    İslandı odunlar, söndü ocaqlar.

    Çovğundan, tufandan salamat çıxdım,

    Soyuq arxivdədi indi o çağlar.


    O çağlar filmdir qarşımda sanki,

    Bəradər, həyatdan bəzən doymuşam.

    Gecəsi bəyazdı könül dünyamın,

    Zülmətdən işığa qədəm qoymuşam.


    BİTDİ SƏNLƏ MƏNİMKİ


     Uşaq kimi iməkləmə dalımca,

    Artıq gecdi, bitdi sənlə mənimki.

    Günahına yetməz suyu dəryanın,

    Qiyamətə getdi sənlə mənimki.


     Qoyur həyatda hərə bir cür izi,

    Alın yazısı mənə sirdir düzü.

    Çevirməyək dastana arxivmizi,

    Bir neçə kupletdi sənlə mənimki.


     Kökdən düşən vaxtı da var bu tarın,

    Can çökəcək, qalmayacaq tutarın.

    Arxasınca baxma gedən qatarın,

    Gecikmiş biletdi sənlə mənimki.


     Sevincimə hasar çəkdin, inlələdim,

    Sınan könlün qəm tütəyin dinlədim.

    Məhəbbətin nə olduğun bilmədim,

    Çoxuna ibrətdi sənlə mənimki.


     Səməndərlini catdırdın bu həddə,

    Əməlindən götürmədin ibrət də.

    Sevgi sözü yoxdu bizim lüğətdə,

    Büsbütün nifrətdi sənlə mənimki.


     NƏ TEZ GƏLİB KEÇDİ İL ZAKİR ABBAS?


     Müdriklik alnına yazılıb sənin,

    Hər kəlmən hikmətdi bil, Zakir Abbas.

    O qədər dərindir zəkan, idrakın,

    İzah edə bilmir dil, Zakir Abbas.


     Dediyin hər sözü düz anlayırsan, 

    Fərqə balans verib, nizamlayırsan.

    Ömrün 75-in tamamlaryırsan,

    Nə tez gəlib keçdi il, Zakir Abbas?


     İnsanlıq adına imza atsan da,

    İmkansız olana əl uzatsan da;

    Həyatın nəbzini bəmlə tutsan da,

    Könlünü oxşayır zil, Zakir Abbas.


     Dumanlar yolundan çəkilib artıq,

    Mizanlı oğul var, çəkisi artıb.

    Tikanlar quruyub tökülüb artıq,

    Bağçanda bitibdi gül, Zakir Abbas.


     Çox gördün özünə "qol" vuranları,

    Ağlınla, zəkanla yordun onları.

    Tüstüsün gözlərə dolduranları,

    Yandırıb, eylədin kül, Zakir Abbas.


     Necə imkansızı himayə etdin,

    Bəradərin qəlbin kirayə etdin.

    Yolun azanları hidayət etdin,

    Sənə əhsən deyir el, Zakir Abbas.


     BİTDİ SƏNLƏ MƏNİMKİ

     

    Uşaq kimi iməkləmə dalımca,

    Artıq gecdi, bitdi sənlə mənimki.

    Günahına yetməz suyu dəryanın,

    Qiyamətə getdi sənlə mənimki.

     

    Qoyur həyatda hərə bir cür izi,

    Alın yazısı mənə sirdir düzü.

    Çevirməyək dastana arxivmizi,

    Bir neçə kupletdi sənlə mənimki.


     Kökdən düşən vaxtı da var bu tarın,

    Can çökəcək, qalmayacaq tutarın.

    Arxasınca baxma gedən qatarın,

    Gecikmiş biletdi sənlə mənimki.

     

    Sevincimə hasar çəkdin, inlələdim,

    Sınan könlün qəm tütəyin dinlədim.

    Məhəbbətin nə olduğun bilmədim,

    Çoxuna ibrətdi sənlə mənimki.

     

    Səməndərlini catdırdın bu həddə,

    Əməlindən götürmədin ibrət də.

    Sevgi sözü yoxdu bizim lüğətdə,

    Büsbütün nifrətdi sənlə mənimki.

     

    NƏ TEZ GƏLİB KEÇDİ İL ZAKİR ABBAS?


     Müdriklik alnına yazılıb sənin,

    Hər kəlmən hikmətdi bil, Zakir Abbas.

    O qədər dərindir zəkan, idrakın,

    İzah edə bilmir dil, Zakir Abbas.


     Dediyin hər sözü düz anlayırsan, 

    Fərqə balans verib, nizamlayırsan.

    Ömrün 75-in tamamlaryırsan,

    Nə tez gəlib keçdi il, Zakir Abbas?


     İnsanlıq adına imza atsan da,

    İmkansız olana əl uzatsan da;

    Həyatın nəbzini bəmlə tutsan da,

    Könlünü oxşayır zil, Zakir Abbas.


     Dumanlar yolundan çəkilib artıq,

    Mizanlı oğul var, çəkisi artıb.

    Tikanlar quruyub tökülüb artıq,

    Bağçanda bitibdi gül, Zakir Abbas.


     Çox gördün özünə "qol" vuranları,

    Ağlınla, zəkanla yordun onları.

    Tüstüsün gözlərə dolduranları,

    Yandırıb, eylədin kül, Zakir Abbas.


     Necə imkansızı himayə etdin,

    Bəradərin qəlbin kirayə etdin.

    Yolun azanları hidayət etdin,

    Sənə əhsən deyir el, Zakir Abbas.


     SEVİRSƏNMİ?

     

    Mənə sevgidən danışan,

    Sevgi nədir, bilirsənmi?

    Gecə-gündüz dərd çəkirəm,

    Dəli deyib, gülürsənmi?

     

    Bu sevdanın dəlisiyəm,

    Bu dəryanın gəmisiyəm.

    Mən bu yolda öləsiyəm,

    Sən dalımca gələrsənmi?


     Könlümü yandırıb, yaxan,

    Kəndini yan tutub baxan.

    Söylə, yanağından axan 

    Göz yaşını silirsənmi?

     

    Eşq insanın gözündədi,

    Bu sevdaya sözün nədi?

    Günah sənin özündədi...

    Heç utanıb, ölürsənmi?

     

    Nə əhd qalıb, nə düz ilqar,

    Səməndərli, bəsdi, qurtar.

    Sənə bircə sualım var:

    -Yenə onu sevirsənmi?

     

    UNUDACAM ADINI


    Saçlarımda kədər qarıdı dən-dən,

    Astarın da betər imiş üzündən.

    Kaş sənə rast gəlməyəydim, o gündən

    Qaçırmısan yaşamağın dadını.


     Həyatıma qara kölgə salmısan,

    Boğazımda tikə kimi qalmısan.

    Misra-misra ürəyimi almısan,

    Hərif-hərif unudacam adını.

     

    Mən doğanaq, sənsə çürük çatısan,

    Mələk deyil, kələyin ustadısan.

    Bəlkə elə İblisin övladısan,

    Şeytana bənzətmirlər hər qadını.


     Bacarırsan, dərdi mənlə bölə bil,

    Bəradərlə ağlaya bil, gülə bil.

    Buza dönmüş daş-divardı elə bil,

    Alıb getdin ürəyimin odunu.


     AXİRƏT ƏMƏLİN AQİBƏTİDİ

     

    Dünyaya gəlmişdin quru bədənlə,

    Az dünya malından ötəri inlə.

    Gedəndə cəsədin gedəcək sənlə,

    Dünyada qalacaq dünyanın malı.


     Orda bərabərdi nökər də, şah da,

    Gorda bağışlanmır heç bir günah da.

    Tökərsən göz yaşı, çəkərsən ah da,

    Cavabsız qoyanda bir çox sualı.

     

    Yaranış Tanrının hökumətidi,

    Onun qərarları sərtdi, qətidi.

    Axirət əməlin aqibətidi,

    Çalış, cəhənnəmə getmə cəzalı.


     Bir payız günundə gəldin dünyaya,

    Bəradər, sığmayır dərdin dünyaya.

    Elə ki, əlvida dedin dünyaya,

    Unudur adamı əhli-əyalı.

     

    BELƏ YAŞAMIŞAM MƏN BU HƏYATI


     Gözümü dünyaya kənddə açmısam,

    Yer də sumlamısam, bənddə də atmışam.

    Qoyun-quzu, mal-heyvan otarmışam

    Oxuya-oxuya ədəbiyyatı,

    Belə yaşamışam mən bu həyatı.


     İllər kərpic-kərpic ömürdən qopub,

    Ahıllıq tələsib, məni də tapıb.

    Kiçik yaşlarımdan ruhuma hopub,

    Anamın dilindən şeir-bayatı,

    Belə yaşamışam mən bu həyatı.

     

    Hər kəsin qisməti, bəxtı alında,

    Sağa ehtiyacı çoxdu solun da.

    Enişli-yoxuşlu tale yolunda

    Seçib ayırmışam yaxını, yadı,

    Belə yaşamışam mən bu həyatı.

     

    Ömür kitabımı vərəqləmişəm,

    Əkdiyim meyvəni dərib yemişəm.

    Nə vara, nə pula dəyişməmişəm,

    Mənliyi, vicdanı və təmiz adı,

    Belə yaşamışam mən bu həyatı.


     Bəradər, düşünmə həddi aşmışam,

    Bu maddi dünyayla vidalaşmısam.

    Dərə də keçmişəm, dağ da aşmışam,

    Zirvəyə gedən yol daşdı-qayadı,

    Belə yaşamışam mən bu həyatı.

     

    YAŞADIN DEMƏK


     Hər günün, saatın öz aləmi var,

    Qədrini bildinsə, yaşadın demək.

    Kədərlə sevincin arasındayıq,

    Ürəkdən güldünsə, yaşadın demək.


     Sevinc də sənindi, kədər də sənin,

    Tale də sənindi, qədər də sənin.

    Nə işin var axı şəhərdə sənin,

    Kəndinə döndünsə, yaşadın demək.

     

    Uzağı diqqətlə gözündən keçir,

    Ocağın alovu közündən keçir.

    Özgəyə məhəbbət özündən keçir,

    Özünü sevdinsə, yaşadın demək.


     Həyat başdan-başa səyahət yolu,

    Ömür qatarımız edir qət yolu.

    Tanrı dərgahıdı hidayət yolu,

    Yolunu seçdinsə, yaşadın demək.


     Düşünmə ki, şaha daim "at" qalır,

    "Peşka" qarşısında şah da mat qalır.

    Bəradər, insana yaxşı ad qalır,

    Tarixə düsdünsə, yaşadın demək.

     

    ALİ BAŞ KOMANDANIM


     Sən heyrətə salmısan dünya liderlərini, 

    Qarabağ savaşında qazandığın zəfərlə.

    Qədim tariximizə yeni nəfəs gətirdin,

    Ürəklərə əbədi köçdün "yeni əsər"lə

    Ey, Allahın seçdiyi alicənab insanım,

    Ali Baş Komandanım!


     Nadir şahdan bu yana padişahlar içində

    Torpaq verən olmuşdu, alansa, olmamışdı.

    Düşmənin üzərində ölkə başçılarından, 

    Belə bir qələbəni çalansa, olmamışdı,

    Əsrimizin fatehi, qəhrəmanlıq dastanım,

    Ali Baş Komandanım!

     

    Vətən torpaqlarını azad etmək uğrunda,

    Düşmənə qan uddurur rəşadətli Ordumuz.

    30 illik həsrətə son qoyulur, İlahi,

    Sanki, qəribsəyibmiş bizdən ötrü yurdumuz,

    Köç geriyə qayıdır, rahatlıq tapır canım,

    Ali Baş Komnandanım!

     

    Millətin başı üstə səkirsən "Simurq" kimi,

    Möhnətini, yükünü çəkirsən "Simurq" kimi.

    Ordu-xalq birləşibdi səninlə yumruq kimi,

    Padişahım-rəhbərim, Paşam, Xanım, Sultanım,

    Ali Baş Komandanım!


     Sən status-kvonu sındırırsan, yarırsan,

    Milli birliyi, ruhu-şüuru qaytarırsan.

    Təkcə torpağı deyil, qüruru qaytarırsan,

    Səninlə fəxr eyləyir bütün Azərbaycanım,

    Ali Baş Komandanım!


     Dünya üstünə gəlir, baxdı Rəcəb Ərdoğan,

    Durdu, qarşılarına çıxdı Rəcəb Ərdoğan.

    İntiqam məqamıdır, qalmayacaq yerdə qan,

    Verdi ürək bizlərə, var olsun Ərdoğanım,

    Ali Baş Komandanım!


     Bundan sonra nə seçki, əbədi şahımızsan,

    Qürur mənbəyimizsən, ümid-pənahımızsan.

    Göylə işimiz yoxdu, Yerdə Allahımızsan,

    Bu boyda missiyanı axı, mən necə danım

    Ali Baş Komandanım?!

     

    Gəlib qeybdən bu gün Bəradərin ilhamı,

    Sənin tərəfindədi, haqq işində bil, hamı.

    Özün qoru İlahi, bəd nəzərdən İlhamı,

    100 il ömür yaşaya nolar, kaş Komandanım,

    Ali Baş Komandanım!

    Ali Baş Komandanım!

     

    HAMISI ƏFSANƏDİ


     Hər anın öz hökmu var,

    Yaradandı hökmdar.

    Nə görücü, nə cindar?

    Hamısı əfsanədi.

     

    Dünya təzaddı, sirdi,

    Röya ruh adlı pirdi.

    Fitnə, fəsad, məkrdi,

    Şeytana nişanədi.

     

    Payız mehi dolaşır,

    Yarpaqlar pıçıldaşır,

    Şam oddan işıq saçır,

    Yanansa, pərvanədi.


     Kədərlənmə gedənə,

    Dünyanı tərk edənə.

    Zəka, ağıl bədənə

    Layiqli tərsanədi.


     Sözü salma dərinə, 

    Bir bax həndəvərinə.

    Bəradər, bir-birinə

    İnsanlar biganədi.


     QARŞISINDA


     Ruhumu oynatma dedim yerindən,

    Düşmən qabağında, yad qarşısında.

    Qoparsan yarasın yatmış vulkanın,

    Dayana bilməzsən od qarşısında.


     Meşə də sənindi, orman da sənin,

    Malın-malikanən hər yanda sənin...

    Nə işin var axı xırmanda sənin,

    Bu qədər var-dövlət, ad qarşısında?


     Yolunu azırsan de, nədən belə?

    Dağlama sinəmi belədən-belə.

    Dünya Süleymana qalmadı lələ,

    Nə "şah"lıq edirsən "mat" qarşısında?


     Nədən çaşdırıbdı şöhrət, şan səni,

    Bir gün tərk edəcək şirin can səni.

    Bu çirkli oyundan çıxmasan, səni

    Bəradər qoyacaq fakt qarşısında.

     

    GEDİR


     Yağış altındakı hörgü çəpər tək,

    Ömür çırpı-çırpı çürüyüb gedir.

    Bir əcəl küləyi qopub gələndə,

    Vaxtı çatmışları kürüyüb gedir.


     Ruh köçür göylərə, cəsəd torpağa,

    Əlac yox saralıb düşən yarpağa.

    Sis duman gələndə təpəyə, dağa,

    Hər yanı qaranlıq bürüyüb gedir.


     Tufan qarşısını alan yox hələ,

    İlahi qüvvəyə zaval yox lələ.

    Dəryaca su axsa dayanmış gölə,

    Dibindən gəlmirsə, quruyub gedir.

     

    Alınan torpağdı, tökülən qandı,

    Vətən torpağıdı hər əsgər andı.

    Torpağa baş qoyan müzəffər candı,

    Onu dərk edənlər qoruyub gedir.


     Haqdan yaranmışıq, əzan səsiyik,

    Bəradər, Tanrının möcüzəsiyik.

    Bu fani dünyanın pərvanəsiyik,

    Ömrümüz şam kimi əriyıb gedir.

     

    BU DAĞIMDAN SARALDIM

    (Təcnis)


     Tikan oldun çiçəklənən ömrümə,

    Qopub düşdüm budağımdan, saraldım.

    Həsrətinlə min dağ çəkdin sinəmə,

    Bahar vaxtı bu dağımdan saraldım.


     Tikan dərdim, elə bildim bu, güldü,

    Baxışlarım qəm selinə büküldü.

    Saç ağardı, bel əyildi, büküldü,

    Bu pöhrəmdən, bu tağımdan saraldım.

     

    Satdın məni özgəsinə a zalım,

    Çatdı sona özgə sinə a zalım.

    Kösöv oldun öz kəsinə a zalım,

    Yandım oda, bu dağımdan saraldım.


     Fələyinmi çərxi döndü tərsinə,

    Nədən məni tərk eylədi tər sinə?

    Səməndərli, xəzan gəldi tər sinnə,

    Yamacımdan, bu dağımdan saraldım.

     

    TƏRƏZİ GÖZÜNDƏ


     Bu tale, bu qismət, qoy tərəziyə,

    Bir gözü enirsə, bir gözü qalxır.

    Bu insan həyatı nə qəribədi,

    Dünyaya iynənin gözündən baxır.


     Tərəzi mizandı, tərəzi düzlük,

    Tərəzi tərsidi yol azanların.

    Ünvanı torpağın dərin yeridi,

    Külüngü əlində gor qazanların.


     Yolçuya dönübdü yol göstərənlər,

    Dünya başqalaşıb, həyat dəyişib.

    Ən gözəl əsərlər yarımçıq qalıb,

    Soyuq arxivlərin küncünə düşüb.


     Göylərə yalvarır dualı əllər,

    Yerin həsrətini Göy çəkəcəkmi?

    Tərəzi gozündən çıxıb qaçanlar,

    Taraz yaşamağa öyrəşəcəkmi?

     

    Etibar qalmayıb dosta-qardaşa,

    Salxım budaqların kökü çürüyüb.

    Düzlüyün yüyəni olan tərəzi,

    Salınıb düzlərə, düzdən inciyib.


     İnamlar şübhədən asıli qalıb,

    Oğrular doğruya kəc baxır indi.

    Tərəzi üzünə həsrət qalanlar,

    Tərəzi gözündə darıxır indi.


     ƏXLAQI OLMAYANLAR


     Silib lügətlərindən abır, həya, isməti,

    Əxlaqdan danışırlar əxlaqı olmayanlar.

    Cəmiyyətdən ayrıdı həyat tərzi bunların,

    Tənha yalquzaqdılaq ətrafı olmayanlar,

    Əxlaqdan danışırlar, əxlaqı olmayanlar.

     

    Yay gələndə gəzirlər çimərlik paltarında,

    Bunlar bulandırırlar havasın bulvarın da.

    Bilərzik qıclarında, sırğa burunlarında,

    Bilmirsən qızdı, oğlan indi bəzi "bayan"lar,

    Əxlaqdan danışırlar, əxlaqı olmayanlar.


     Kimdə nədən yoxdusa, dilə gətirir onu,

    İçində saxlayammır, çölə ötürür onu.

    Bu üzdən də dünyanın kələ-kötürdü sonu,

    Karonadan betərdir bu virusu yayanlar,

    Əxlaqdan danışırlar, əxlaqı olmayanlar.


     Əxlaq qaydalarımız yazılmayan qanundu,

    Bəradər, bu qaydalar saflıq istehkamındı.

    Əxlaqlı insanlara şəriət də zamindi,

    Bunu başa düşməzlər əcdadı olmayanlar,

    Əxlaqdan danısırlar əxlaqı olmayanlar.

     

    BİLMİRƏM

     

    Yaş olub gözümdən asılıb bu qız,

    Gecə də, gündüz də yata bilmirəm.

    Dünyada gözəl çox, amma nədənsə,

    Onu heç birinə qata bilmirəm.

     

    Bu gözəl gözümün qarası olub,

    Bu gözəl gözümdə qalası olub.

    Neyləyim, qəlbimin parası olub,

    Yarıb ürəyimi, ata bilmirəm.


     İsladır dağları çən yavaş-yavaş,

    Düşür saçlarıma dən yavaş-yavaş.

    Yəqin, qocalıram mən yavaş-yavaş,

    O gedən qatara çata bilmirəm.


     Bu sevda alnıma qırış da saldı,

    Yeriş də dəyişdi, duruş azaldı.

    Mənimki talelə vuruşa qaldı,

    Daha günü-günə sata bilmirəm.


     Bəradər, cəsəddən nigaran ruhdu, 

    Canı can evindən qoparan ruhdu.

    O, məni gəncliyə qaytaran ruhdu,

    Bu yaşda sevməyi xəta bilmirəm.


     SƏNDƏN AYRI KİMİM VAR?


     Bu gülşəndi; bülbülü mən, gülü sən,

    Bu köynəkdi; düyməsi mən, tülü sən.

    Bu can səninçün doğulub, bilirsən,

    Sən olmayan yerdə kədər, zülüm var,

    Mənim dünyam, səndən ayrı kimim var?


     Səndən ayrı çicəklər də gül açmır,

    Bülbüllər də nəğmə demir, dil açmır.

    Ruhum məhəbbət bağında dolaşmır,

    Sənsiz sevib-sevilməyə kinim var,

    Mənim dünyam, səndən ayrı kimin var?

     

    Nədən qoydun qovuşmağa yasağı,

    Könül bağbanı qırarmı budağı?

    Qazancımız itkimizdən aşağı,

    Önümüzdə ayrılıq var, ölüm var,

    Mənim dünyam, səndən ayrı kimin var?

     

    Geri qayıtmır bir daha gedən də,

    Bəradəri vaxtsız itirmə sən də.

    Eşq ilahi hikmətidir bədəndə,

    Təqva əhliyəm, imanım, dinim var,

     

    GÖZƏLLİKDİ XİLASI DÜNYAMIZIN

     

    Yenə, çərxi tərsə dönub fələyin,

    Sinə dərdi qəlbə salıb özəyin.

    Simurq quşunun yandıraq lələyin,

    Keçib getsin bəlası dünyamızın.


     Mərd namərdin azad olsun yükündən,

    Şər çəkilsin ömürlük Yer üzundən.

    Gözəlləşsin həyatımız kökündən,

    Gözəllikdi xilası dünyamızın.

     

    Qoy, körpələr sülh içində boy atsın,

    Doğru-dürüst nəsil artsın, soy artsın.

    Milli adət-ənənələr qayıtsın,

    Durulaşsın mirası dünyamızın.


     Ziddiyyətlər qaldırılsın aradan,

    Pis niyyətlər ağı seçsin qaradan.

    Rəhm eyləsin Yeri-Göyü Yaradan,

    Dağılmasın qalası dünyamızın.


     Səməndərli, keçirirsən təlaşı,

    Nədən aqildən öndədir de, naşı?

    Silkələyir ölüm-dirim savaşı

    Məhvərini, siyasi dünyamızın.

     

    HAYDI İGİDLƏR, İRƏLİ!


     Bu gün hünər meydanıdır,

    Haydı igidlər, irəli!

    Şığıyın düşmən üstünə,

    Gözləri qalsın bərəli,

    Haydı igidlər, irəli!


     Bizimdi hər qarış torpaq,

    O beşikdi, bizsə qundağ.

    Azərbaycandır Qarabağ,

    Meşəli, dağlı, dərəli,

    Haydı igidlər, irəli!

     

    Qoç Koroğlu yada düşüb,

    Dağlara səs-səda düşüb.

    Tarixi adları dəyişib;

    "Şevan" olub "Göyçə" gölü,

    Haydı igidlər, irəli!


     Düşmən basılır meydanda,

    Toyu yas olur meydanda.

    Bizimkidir İrəvan da,

    Xanı Mirmehdiydi, bəli,

    Haydı igidlər, irəli!

     

    Veribdi "şeş qoşa" zər də,

    Yağı leş-leşə səngərdə.

    Şuşa, Laçın, Kəlbəcərdə, 

    Evlər tikək dəbdəbəli,

    Haydı igidlər, irəli!


     Paşinyan batıbdı yasa,

    Az qalır ki, özün asa.

    Don geyinər utanmasa,

    Nikolcik olubdu dəli,

    Haydı igidlər, irəli!


     Dərələyəzdi yolumuz,

    Açılıbdı əl-qolumuz.

    Basar-Keçər mahalımız,

    Qəribsəyib Göyçə eli,

    Haydı igidlər, irəli!


     Bəradər, güc gəlir içdən,

    Ordu düşən deyil gücdən.

    Dığaların "93"-dən

    Ağzı qalıbdı şirəli,

    Haydı igidlər, irəli!

     

    SIĞAL ÇƏKƏNDƏ

     

    Mənliyin, saflıgın and yerim idi,

    Təmiz əxlaqını misal çəkəndə.

    Başımın altına balış qoymusan,

    Siyah tellərinə sığal çəkəndə.

     

    Demirəm mələksən, yurda bəzəksən,

    Ziyankar həşarat, xırda böcəksən.

    Bilməzdim yoluma tikan əkərsən,

    Mən ömür bağçana zoğal əkəndə.

     

    Qəflət yuxusunda yatmışam, demə,

    Başımı başsıza qatmışam, demə,

    Zəhəri şəkərə qatmısam, demə,

    Acı sözlərini qoğal edəndə.

     

    Bəradər, sən şair, ozan olarsan,

    Amma çətin bir də cavan olarsan.

    Nə biləydim quru saman olarsan,

    Qəlbimi eşqinə çuval edəndə.

     

    DANIŞIRLAR


     İradəsi olmayanlar,

    Mətanətdən danışırlar.

    Xəyanətlə baş qatanlar,

    Məhəbbətdən danışırlar.


     Aranı xəlvət edənlər, 

    Haramı sərvət edənlər

    Yalanı mənfət edənlər,

    İbadətdən danışırlar.


     İpi qırıq yüyənsizlər,

    İşı fırıq olan üzlər;

    İnamsızlar, güvənsizlər,

    Sədaqətdən danışırlar.

     

    Gözü-könlü çaş olanlar,

    Nəfsinə sirdaş olanlar.

    Cəhalətə daşınanlar,

    Ziyarətdən danısırlar.


     Günəş dağda qarmı saxlar?

    Salxım söyüd barsız ağlar.

    Əhl əl-Beytdən uzaqlar,

    İmamətdən danışırlar.


     Özgəsini şərh edənlər, 

    Ömrü şərə sərf edənlər;

    Təbiətdən bixəbərlər,

    Təbabətdən danışırlar.

     

    Bu əl neçə xına görüb,

    Neçə saçı şana hörüb.

    Kasıbın haqqına girib,

    Səxavətdən danışırlar.

     

    Bəradər, səbr eylə, gözlə,

    Əyrini səf salma düzlə.

    Belələri hansı üzlə

    Ədalətdən danışırlar?

     

    QADASIN ALDIĞIM


     Qaraltmayın dost, qanımı,

    Daşlamayın bostanımı.

    Mənim həyat dastanımı

    Yazın, qadasın aldığım.

     

    Sözümüz keçərdi daşdan,

    Gözümüz kövsərdi yaşdan.

    Fərqi qalmayıbdı qışdan

    Yazın, qadasın aldığım.


     Uçurmusuz hasarımı,

    Ötürmüsüz qatarımı.

    Sağlığımda məzarımı

    Qazın, qadasın aldığım.


     Zülm eləyən bu millətə,

    Gedər "qurdla qiyamətə.

    Bunu düz istiqamətə 

    Yozun, qadasın aldığım.

     

    İtiriblər görəvlərin,

    Hanı cəzası "div"lərin?

    Alan yox paslı qəlblərin

    Tozun, qadasın aldıgım

     

    Çörək bol olan Vətəndir,

    Nə çörək qalıb, nə təndir.

    Bu dilimdi, bu da kəndir,

    Asın, qadasın aldığım


     "Şeş qoşa"ya düşüb zərin,

    Öz başındı, öz əllərin.

    Di, çək, qəlbi gözəllərin

    Nazın, qadasın aldığım.


     Söz var, illərdi solmayıb,

    Sözlə kimlər ucalmayıb?

    Daha kəsəri qalmayıb

    Sözün, qadasın aldığım.


     Bəradər, getmə dərinə,

    Diqqət eylə sözlərinə.

    Dəymə sarı simlərinə

    Sazın, qadasın aldığım.


     NAR CİÇƏKLƏYİB


     Səhrada yovsan ol, dənizdə bitmə,

    Bahanı adlayıb ucuza getmə.

    Kasıba, yoxsula istehza etmə,

    Kimsənin malına gözün dikməyib.


     Günahsız insanı daş-qalaq etsən,

    Qatarsız qalarsan, vağzala getsən.

    Almaya, heyvaya nar calaq etsən,

    Görərsən, budaqda nar çiçəkləyib.

     

    Obasın bilməyən, elin bilməyən,

    Məclisə gələndə yerin bilməyən,

    Qavalın, kamanın dilin bilməyən,

    Basıb sinəsinə tarı, kökləyib.

     

    Bəradər, əl götür fani dünyadan,

    Uzaqlaş fitnədən, gen dur riyadan.

    Əkindən, biçindən dəm vuran nadan,

    Şumlayıb, torpağa darı əkməyib.


     GÖZƏLLİKDİ XİLASI DÜNYAMIZIN

     

    Yenə, çərxi tərsə dönub fələyin,

    Sinə dərdi qəlbə salıb özəyin.

    Simurq quşunun yandıraq lələyin,

    Keçib getsin bəlası dünyamızın.


     Mərd namərdin azad olsun yükündən,

    Şər çəkilsin ömürlük Yer üzundən.

    Gözəlləşsin həyatımız kökündən,

    Gözəllikdi xilası dünyamızın.


     Qoy, körpələr sülh içində boy atsın,

    Doğru-dürüst nəsil artsın, soy artsın.

    Milli adət-ənənələr qayıtsın,

    Durulaşsın mirası dünyamızın.

     

    Ziddiyyətlər qaldırılsın aradan,

    Pis niyyətlər ağı seçsin qaradan.

    Rəhm eyləsin Yeri-Göyü Yaradan,

    Dağılmasın qalası dünyamızın.


     Səməndərli, keçirirsən təlaşı,

    Nədən aqildən öndədir de, naşı?

    Silkələyir ölüm-dirim savaşı

    Məhvərini, siyasi dünyamızın.

     

    YAŞ ÖTDÜKCƏ...


     Sınaq müddətidi hər bir anımız,

    Qarşıdadı çətin imtahanımız.

    Eynən mühərrik kimidi canımız,

    Diş agızda köhnələndə laxlayır.


     Məlum olan inkar edir məchulu,

    Qeyri-məqbul üstələyir məqbulu.

    Hüceyrələr dayandırır qəbulu,

    Yaş ötdükcə bədən sözə baxmayır.


     Fələk mərdə yad, namərdə doğmadır,

    Atı ulaq quyruğuna bağladır.

    Buludları külək qovur, ağladır,

    İldırım da özbaşına çaxmayır.


     Səməndərli dəvə yükün çəksə də,

    Tər ömrünü qəm selinə büksə də;

    Şəlalər saçın yolub töksə də,

    Daha çaylar əvvəlki tək axmayır.

     

    QADASIN ALDIĞIM

     

    Qaraltmayın dost, qanımı,

    Daşlamayın bostanımı.

    Mənim həyat dastanımı

    Yazın, qadasın aldığım.


     Sözümüz keçərdi daşdan,

    Gözümüz kövsərdi yaşdan.

    Fərqi qalmayıbdı qışdan

    Yazın, qadasın aldığım.

     

    Uçurmusuz hasarımı,

    Ötürmüsüz qatarımı.

    Sağlığımda məzarımı

    Qazın, qadasın aldığım.


     Zülm eləyən bu millətə,

    Gedər "qurdla qiyamətə.

    Bunu düz istiqamətə 

    Yozun, qadasın aldığım.


     İtiriblər görəvlərin,

    Hanı cəzası "div"lərin?

    Alan yox paslı qəlblərin

    Tozun, qadasın aldıgım


     Çörək bol olan Vətəndir,

    Nə çörək qalıb, nə təndir.

    Bu dilimdi, bu da kəndir,

    Asın, qadasın aldığım


     "Şeş qoşa"ya düşüb zərin,

    Öz başındı, öz əllərin.

    Di, çək, qəlbi gözəllərin

    Nazın, qadasın aldığım.


     Söz var, illərdi solmayıb,

    Sözlə kimlər ucalmayıb?

    Daha kəsəri qalmayıb

    Sözün, qadasın aldığım.


     Bəradər, getmə dərinə,

    Diqqət eylə sözlərinə.

    Dəymə sarı simlərinə

    Sazın, qadasın aldığım.

     

    SÖZÜNÜ ÜZƏ DE, ARXAMCA HÜRMƏ

    (Bəzi "ağzıgöyçək"lərə)


     Qadınla fərqin yox, ay yarım kişi,

    Qaşına qara çək, üzünə sürmə.

    Şeirdən, sənətdən başın çıxmayır,

    İstehza edirsən şeirlərimə.


     Axtarsan, külümdə köz tapacaqsan,

    Diqqətlə yetirsən göz, tapacaqsan.

    İbrət götürməyə söz tapacaqsan,

    Xəbis yanaşmasan fikirlərimə.


     Yağış var, dağları çıçəkləndirər,

    Yaxşılar ömrünü çiçəkcən sürər.

    Adətdir, arxadan köpəklər hürər,

    Sözün var, üzə de, arxamca hürmə.


     Xeyiri adlayıb, Şəri qət edən,

    Yalanla baş qatıb, şirin vəd edən,

    Yaşına sığmayan hərəkət edən,

    Başına şal bağla, parçası tirmə.


     Dünyaya ilk dəfə göz açan zaman,

    Hər tərəf göründü gözümə duman.

    Mən dindən-imandan söz açan zaman,

    Sən "Fatma cici"dən misal gətirmə.


     Bəradər, çiçək də saçmayır ətir,

    İndi gül bağında tikanlar bitir.

    Pulunu, paranı, malını itir,

    Çalış qazandığın dostu itirmə.

     

    HƏR ANIMIZ XATİRƏDİR


     Sıxma mənə gözlərini,

    Baxma elə nəmli-nəmli.

    Hər anımız xatirədir,

    Gah acılı, gah şirinli.

     

    Qarışıq salmayaq barı,

    Yaxşılarla-yamanları.

    Unut getsin olanları,

    Ömrü sürmə kinli-kinli.


     Bayquşa xoşdu öz səsi,

    Yay-qışı boşdu çevrəsi.

    Tanımaq olmur heç kəsi,

    İnsanlı, seytanlı-cinli.

     

    Haqqa tapınsa müxtəsər,

    Cihad etməz Xeyirlə Şər.

    Bəradər, kaş bütün bəşər,

    Olaydı imanlı-dinli.


     UÇ AY QIZ!

     

    Günahların yerə-göyə sığmadı,

    Hədəqəni aşdı tamam suç, ay qız.

    Bu ayrılıq alın yazın deyildi,

    Özün etdin taleyini puç, ay qız.

     

    Hədər etdin illərimi ömürdən,

    Nədən ürək seçilmədi dəmirdən?

    Köz axtarma ovxalanmış kömürdən,

    Get, özünə başqa kösöv seç, ay qız.


     Qocalıq var, axirət var qarşıda,

    Mənəviyyat satılmayır çarşıda.

    Bir gün çalınacaq ölüm marşı da,

    Bu barədə düşündünmü heç, ay qız?


     Sökülübdü ləyaqətin hörgüsü,

    Çəkilibdi ziyarətin bölgüsü.

    Cəhənnəmdən keçir sirat körpüsü,

    Bacarırsan, bu körpüdən keç, ay qız.


     Öz nəfsinin quluna çevrilmisən,

    Dəniz yuyammaz, elə çirklənmisən.

    Mənim üçün sən onsuz da ölmüsən,

    Götür ölüm şərbətini iç, ay qız.

     

    Tanrı deyilsən, qarşında əyiləm,

    Təmiz eşqə, düz əxlaqa mailəm.

    Daha əvvəlki Bəradər deyiləm,

    Səndən mənə yar olmadı uç, ay qız!

     

    YOLUMUZ


     Çatılmışdıq, yana-yana sönürük,

    Laməkan idik, məkana dönürük.

    Qalxdığımız pilləkanı enirik,

    Ta beşikdən məzaradı yolumuz.

     

    Əvvəlki tək sözə baxmır bədən də,

    Təntiyirik, bir azca yol gedəndə.

    Can düşəndə, əllərimiz əsəndə,

    Dərk eləyirik, haradı yolumuz.


     Bu cahillər təkəbbürlük edirlər,

    Pul-parayla hər günaha gedirlər.

    Ölümün də bazarı var, deyirlər,

    Elə həmin bazaradı yolumuz.

     

    Görən niyə insan yolun azıbdı?

    Biri ayaq, biri dayaq qazıbdı.

    Doğuluşdan biletimiz hazırdı,

    O naməlum qataradı yolumuz.


     Fərq qoymadıq zərgər ilə dülgərə,

    Qaşsız qaldıq, zər vermədik zərgərə.

    Barmaq qoyduq işıq gələn yerlərə,

    İndi daşa, divaradı yolumuz.

     

    Səməndərli, heç nə yoxdu əbədi,

    İnsan yükdü, ömür isə dəvədi.

    Bizdən qalan oğul-uşaq, nəvədi,

    Onlara bir işarədi yolumuz.


     NEYLƏSİN

     

    Nələr görməyibdi bu daş, bu qaya,

    Səribdi üzunə dumandan həya.

    Sınıq pəncərəmdən baxıb dünyaya

    Çırpınır sinəmdə ürək, neyləsin.


     Vay ola, üstunə quduz it hürə,

    Solundan, sağından yeyə bit-birə.

    Çəkib ayağından vurarlar yerə,

    Arxa boş olanda, kürək neyləsin.

     

    İblisə, şeytana uyan da insan,

    Günahı savabla yuyan da insan;

    Dizinin üstünə qoyanda insan,

    Çəkilər qəhətə çörək, neyləsin.


     Hər kəsə bir ömür verib Yaradan,

    Adam var betərdir qara yaradan.

    Seçib ayırammır ağı qaradan,

    Xəlvirdən keçənə ələk neyləsin.

     

    Bəradər, olmusan şeir xəstəsi,

    Hər misra gül ətri, çıcək dəstəsi.

    Beşikdən məzara daşınan kəsi,

    Torpağa qoyanda, bələk neyləsin.

     

    BÖYÜK GÜCLƏR LƏPƏLƏNİR


    Gölməçələr olub dərya,

    Kaş, nəmli gözlər quruya.

    Təlatümə gəlib dünya,

    Böyük güclər ləpələnir.


     Əlindəki qoşa zərdi,

    Önündəki daş əsərdi.

    Qurtarmayan dərdi-sərdi,

    Çözüldükcə, çözələnir.


     Hər gələn bir yolla gedir,

    Şər gələn şər yolla gedir.

    Qabağınca molla gedir,

    Arxadan lənət çilənir.

     

    Kimin çatar ki, cürəti,

    Gündüz eyləsin zulməti?

    Torpaq Tanrı mülkiyyəti,

    İnsan ona yiyələnir.


     Özlərini xar edənlər,

    Gözlərini kor edənlər;

    Allahı inkar edənlər,

    Şeytanamı qürrələnir?

     

    Yoxdu orta təbəqə də,

    Çoxdu yığan sədəqə də.

    Yarı yüksək təbəqədə,

    Yarı sürünür, dilənir.


     İndi başqalaşıb niyyət,

    Nə din qalıb, nə şəriət.

    Bulandıqca bəşəriyyət,

    Səməndərli qüssələnir.


     OLARDI

     

    Qanmayanlar hesab çəkir qananla,

    Ayaqlaşmaq olmur nədən zamanla?

    Hamı yaşasaydı dinlə, imanla,

    Nə dərdimiz, nə acımız olardı.


     Halallıqla tutularsa mayası,

    Getməz o şəxsin abırı, həyası.

    Anaların namaz üstə duası,

    Çətin gündə əlacımız olardı.

     

    Dağla fərqi görünərdi aranın,

    Qədrini bilərdik ötən hər anın.

    Arxasınca düşməzdik pul-paranın,

    Tək insanlıq amacımız olardı.


     O vaxt da qayğımız başdan aşardı,

    Sevincimiz qaynayardı, daşardı.

    Hamı orta səviyyədə yaşardı,

    Nə toxumuz, nə acımız olardı.

     

    Poeziya, seir-sənət məclisi,

    Dərsdənkənar dərnəklərin tədrisi;

    Böyüklərin nəsihəti, hədisi

    Beynimizdə umacımız olardı.

     

    Səməndərli, nə kövrəkdi bayatın?

    Dadı itib, düzü qaçıb həyatın.

    İndi dananlar var kökün, soyadın,

    Soy-kökümüz inancımız olardı.


     AMANDI


     Daha sən gördüyün zaman keçibdi,

    Başını başsıza qoşma amandı.

    Doğrunu oğrudan ayırmaq olmur,

    Arxamız, önümüz sısqa dumandı,

    Başını başsıza qoşma, amandı.


     Nə çoxdu itirən, tapmayan başın,

    Tökən yox ətəkdən şeytanın daşın.

    Günahdan uzaqlaş, Allaha daşın,

    Hidayət yolumuz dindi, imandı,

    Başını başsıza qoşma amandı.


     Onsuz da çəkilib, gedir kölgələr,

    Boşalır dalanlar, tinlər, döngələr.

    Daha bəy-gəlini güdmür yengələr,

    Bu adət yığışıb gör nə zamandı,

    Başını başsıza qoşma amandı.


     Başsıza baş qoşsan, başsız qalarsan,

    Torpaqsız qalarsan, daşsız qalarsan.

    Ağarar saçların, vaxtsız solarsan,

    Bəradər, görürsən baş aparandı,

    Başını başsıza qoşma amandı.

     

    XƏYAL KİMİ YOX OLURUQ BİR ANDA


     Yuxu kimi gəlib keçir ömrümüz,

    Xəyal kimi yox oluruq bir anda.

    Bu dünyanın yaranısı, mənası,

    Ayə, ayə yazılıbdı Quranda.


     İki dünya tərəzidir, mizan yox,

    İndi mövzu başdan aşır, yazan yox.

    Ondan başqa sığınacaq ünvan yox,

    Allah deyir, yıxılan da, duran da.


     Nə əvvəlin bilən yoxdu, nə sonun,

    Nəkarayıq qarşısında biz Onun.

    Qərar Onun, hökm Onun, güc Onun,

    Yeri Göyü yox eyləyər bir anda.


     İnsanlığın səhmin almaq istəsən,

    İmanınla fərqli olmaq istəsən;

    Namaz qılıb, oruc tutmaq istəsən,

    Səcdə eylə, rukuya get dur, onda.

     

    Deməyin, Bəradər danışmır, dinmir,

    Dostlar, heç kəsin keçmişi silinmir.

    Qadın-kişi, erkək-dişi bilinmir,

    Necə çalmasın İsrafil "Sür" onda?


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ