Sizin reklam burada
Sizin reklam burada
  • Qax rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub


    Yeni Azərbaycan Partiyasının yaranmasının  34-cü ildönümü münasibətilə  Qax Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə konfrans keçirilib.


    "Atributinfo.az" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

    Sonra YAP rayon təşkilatının inzibati binasında rayon rəhbərliyi, YAP rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və gənclərin iştirakı ilə konfrans keçirilib.

    Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əvvəlcə YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev “Yeni Azərbaycan Partiyası – dövlətə və xalqa xidmət missiyası” mövzusunda geniş məruzə ilə çıxış edərək partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin partiyanın həyatındakı fəaliyyətindən, 34 ildə əldə etdiyi uğurlardan ətraflı bəhs edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən sədaqətlə, cəsarətlə, daha müvəffəqiyyətlə həyata keçirilir. 2020-ci ildə şanlı Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Xalq-Lider birliyinin və dövlətçilik iradəsinin parlaq təzahürüdür. Bu Qələbə Azərbaycan dövlətçiliyinin təntənəsi, Yeni Azərbaycan Partiyasının illər boyu yaratdığı ideoloji platformanın məntiqi nəticəsi oldu. 

    Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, yaradılmasının 34-cü ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib. Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 34 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.

    Rayon rəhbəri qeyd edib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvü olan gənclərimiz Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar. Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndər  Heydər Əliyevin ideya və arzuları yaşayır və indidən sonra da yaşamaqda davam edəcəkdir.

    Tədbirdə şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası, 1993-cü ildən Yeni Azərbaycan Partiyasını üzvü Lalə Rəhimova, partiya veteranı Əbdürrəhman Aşurov, Qax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lalə Nəcəfova çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.

     Sonra “Gənc Heydərçilər” ədəbi-bədii kompozisiya vasitəsilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.

    Tədbirin sonunda yubiley yaşını qeyd edən partiya üzvlərinə fəxri fərmanlar, həmçinin YAP sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ