Sizin reklam burada
Sizin reklam burada
  • MİLLİ CƏBHƏ PARTİYASININ 8 NOYABR – ZƏFƏR GÜNÜ İLƏ BAĞLI BƏYANATI


    8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və sarsılmaz birliyinin təntənəsidir.

    Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin cəsarəti, xalqımızın birliyi və fədakarlığı sayəsində əldə edildi. Bu Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycanın öz taleyini özü müəyyən edən güclü dövlət kimi iradəsinin nümayişi oldu.

    Milli Cəbhə Partiyası Vətən müharibəsi dövründə dövlətimizin və Ordumuzun yanında dayanaraq vahid milli həmrəylik və dəstək nümayiş etdirdi. Bu mövqe bizim üçün siyasi seçim deyil, dövlətçilik prinsipidir. Bir daha bəyan edirik ki, Azərbaycanın taleyüklü məsələlərində, milli maraqlarımızın və dövlət suverenliyimizin qorunmasında cənab İlham Əliyevin yanındayıq.

    Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və xalqımızın fədakarlığı ilə yazılıb. Bu Qələbənin dəyəri heç vaxt unudulmayacaq.

    Bütün xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

    Yaşasın qalib Azərbaycan!


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ