Sizin reklam burada
Sizin reklam burada
  • Yaponiyadakı ABŞ hərbçiləri üçün komendant saatı rejimi daha bir ay uzadılıb

    Yaponiyanın Okinava prefekturasındakı Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus hərbi bazasının şəxsi heyətinə tətbiq olunan komendant saatı rejimi daha bır ay müddətinə uzadılıb.

    Bu barədə Yaponiya mediası xəbər yayıb.

    Bildirilib ki, ABŞ hərbçiləri üçün komendant saatı rejimi oktyabrın 9-dan tətbiq olunur. Səbəb ABŞ dəniz piyadasının oktyabrın 3-də Naha şəhərində yerli sakini qətlə yetirmək və soyğunçuluq etmək şübhəsi ilə həbs edilməsindən sonra verilib.

    Bir ay müddətinə nəzərdə tutulan komendant saatı rejimində hərbi qulluqçulardan gecə yarısından səhər saat 05:00-a qədər evdə qalmaları tələb olunub. Amma oktyabrın 31-də Okinava şəhərində Kelvin Montoya Kardona adlı amerikalı hərbçinin sərxoş halda avtomobil idarə edərkən qəza törətməsindən sonra Tokio ABŞ-dən hərbi qulluqçuları arasında nizam-intizamın ciddi şəkildə təmin olunmasını tələb edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ