Sizin reklam burada
Sizin reklam burada
  • "Dövlət strukturları sahibkarlara ciddi şəkildə hərtərəfli kömək göstərməlidir ki, o işini batırmasın"- Razi Nurullayev

    "Bu gün Azərbaycanın gözdən-könüldən uzaq dağlıq və düzənlik rayonları var ki, insanlar iş yerləri və imkansızlıq ucbatından oraları tərk edib şəhərlərə yerləşirlər. Ciddi urbanizasiya problemləri ilə üz-üzə qalırıq. Sənaye məhəllə və zonalarında şərtlərə əməl etmək heç də hər sahibkarın gücü daxilində deyil və ya o öz rayon və ya kəndindən kənara çıxmaq istəmir."

    "Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat Azərbaycanın bir çox rayonlarında eyni güzəştlərin tətbiq edilməsini təklif edərək bildirib ki, dövlət sənaye zonası və ya məhəlləsi yaratmaq üçün də dövlət xərc çəkməsin. Iş adamı mənfəət vergisini, əmlak vergisini, torpaq vergisini və gömrük rüsumlarını ödəməkdən azad edilsin və sadələşdirilmiş şəkildə də sahibkarlıq fondundan vəsaitin ayrılması və idarə edilməsi üçün köməklik əldə edə bilsin.
    Sahibkarın yaxşı bacarığı, ideyası və əzmi ola bilər.

    Amma, ola bilsin ki, biznes idarəetməsi yaxşı deyil. Onun üçün də dövlət strukturları sahibkarlara ciddi şəkildə tövsiyyə və hərtərəfli kömək də göstərməlidir ki, o işini batırmasın. Iflasa uğrayan sahibkar heç də o demək deyil ki, o bacarıqsızdır və dələduzdur:

    "Xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac duyan hansı regonlardır. Bəzilərinin adını deyim, amma tamamı deyil. Belə rayonlara Yardımlı, Lerik, Neftçala, Xızı, Siyəzən, Oğuz, Kürdəmir, Zərdab, Ağsu və digər rayon və qəsəbələr aid edilə bilər."- Razi Nurullayev çıxışında deyib.

    Bəradər
    "Atributinfo.az"

    İstərdim ki, hökumət və İqtisadiyyat Nazirliyi bu təklifimi araşdırsın.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ