Sizin reklam burada
Sizin reklam burada
  • Musa Urud: "Bu seçkilərin nəticələri Moldovanın gələcək həyatına xüsusi təsir göstərəcək"

    "Moldovadayıq. Beynəlxalq müşahidəçi missiyası ilə QDİƏT PA üzvü olaraq parlament seçkilərini izləyirik. Hələlik Kişinyovda sakitçilikdir. Amma dünəndən şəhərdə bir gərginlik hiss olunur. Seçkidə irili- xırdalı 30- dan çox partiya mübarizə aparır."

    Bu sətirləri parlament seçkilərini izləmək Moldovada rəsmi sədərdə olan Milli Məclisin deputatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri Musa Urud özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, əsas mübarizə Qərbyönümlülərlə Rusiyapərəstlər arasında gedir:

    "Paytaxtda Seçki aktivliyi o qədər də yüksək deyil, lakin Dnestryanı bölgədən fərqli xəbərlər gəlməkdədir. Bu seçkilərin nəticələri Moldovanın gələcək həyatına xüsusi təsir göstərəcək."- Musa Urud paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ