Sizin reklam burada
Sizin reklam burada
  • Çilili parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

    Ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və Senatın iqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards sentyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
    Nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
    Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov və digər rəsmi şəxslər müşayiət ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ