Sizin reklam burada
Sizin reklam burada
  • İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

    Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirləri və nümayəndə heyətləri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstəsi qoyulub.

    Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hörmətlə anaraq məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ