Tədbirlərdə fövqəladə hallar, ekoloji fəlakətlər kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə kosmik tətbiqlər və digər mövzular müzakirə ediləcək. Burada deputatımızın “Dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsində kosmos sənayesinin rolu” mövzusunda çıxışı gözlənilir.
Səfər oktyabrın 2-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
