Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi “ƏZİZDOSTUM” sözləri ilə salamlayaraq, onun dəvəti qəbul edib “ŞƏT plus” sammitində, eləcə də faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
Si Cinpin qeyd edib ki, Azərbaycan və Çin 30 ildən artıq müddətdə uğurlu əməkdaşlıq qurub və bu gün ikitərəfli əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. O, İlham Əliyevin Çinə dövlət səfərini məmnuniyyətlə xatırlayaraq, həmin səfər çərçivəsində aparılan danışıqların əhəmiyyətini vurğulayıb.
ÇXR Sədri ölkələr arasında ticarət dövriyyəsinin artdığını, enerji sahəsində, o cümlədən bərpa olunan enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini xüsusi qeyd edib.
Si Cinpin, həmçinin, Azərbaycan-Çin əməkdaşlığının “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də möhkəmləndiyini bildirib, Çin mallarının Azərbaycan ərazisindən daşınmasının və Transxəzər marşrutunun əhəmiyyətini vurğulayıb.
