Sizin reklam burada
Sizin reklam burada
  • BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

    Bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd - 1, 3 və 10 misli hədləri müəyyənləşdirilib.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Mərkəzi Bankın "BOKT-lər: Tənzimləmə çərçivəsi və bazar transformasiyası" mövzusunda təlimdə deyib.

    O qeyd edib ki, hazırda 53 BOKT fəaliyyət göstərir, 14 BOKT-də xarici kapital iştirak edir. 32 BOKT-də filial şəbəkəsi mövcuddur. Bunlardan 84 faizi Bakıdan kənardadır. Bu da banklarla müqayisədə daha geniş təmsil olunma deməkdir.

    X.İsmayılov bildirib ki, ölkədə BOKT-lərin istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faizdir. Məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır: "BOKT-lərin kifayət qədər kapitalı olmalıdır. Belə ki, BOKT-nin kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon manat və ya 15 milyon manat səviyyəsində olmalıdır".




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ