Hicran Fuad Əhmədli
Fəsillərin şair qızı
Həzin-həzin bu ruhumu varaqlayar,
Saçlarıma əlin çəkər, sığallayar.
Hərdən mənlə qabaq-qənşər o ağlayar,
Fəsillərin şair qızı - gəl, payızım.
İçimdəki tufanları yarar bir-bir,
Ruhum onla sanki olub qoşa, əlbir...
Dağınığam, yetiş dada, gətir səbir,
Fəsillərin şair qızı - gəl, payızım.
Vərəqlərim yol gözləyir, gör nə vaxtdır,
Şeir mənim ruhumdakı saray, taxtdır.
Dol, ruhuma sətirləri tez-tez axdır,
Fəsillərin şair qızı - gəl, payızım.
Hər nə desəm, qələm təkcə səni dinlər...
Bəzən misram ağı deyər, ruhu inlər.
Ovuc-ovuc xatirələr sənlə ələr,
Fəsillərin şair qızı - gəl, payızım.
Şəkil Muxtar Kərimzadə və təşəkkürlər.
