Ulu öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, xalqın, millətin üçün nə edirsən? Əgər, bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına köməklik göstər. Mən bunu etdim.
Ulu öndər Heydər Əliyevin Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan “Dönüş” qəzetinin müxbiri Fəxrəədin Ağamirzəyevə müsahibəsi:
- Sizin yaddaşınıza, xüsusilə rayonumuzda həmişə qibtə olunub. Əmək qabaqcıllarının demək olar ki, əksəriyyətinin adlarını, dəqiq iş yerlərini bir dəfə görüb eşitməklə yadınızda saxlayırsınız. İndi rayonumuzda yadınızda qalan varmı?
- Saatlı rayonu Azərbaycanın bütün guşələri kimi, mənim üçün doğmadır, əzizdir. Mən Saatlı rayonunda dəfələrlə olmuşam. Məhz, 70-ci illərdə Saatlı rayonunun iqtisadiyyatı çox yüksək templərlə inkişaf edirdi. Mənim xatirimdədir ki, Saatlı rayonunda təxminən 70-ci illərin əvvələrində 20 min tondan artıq pambıq istehsal olunmurdu. Ancaq 80-cı illərin əvvələrində mənə belə gəlir ki, 55-60 min tona qədər pambıq istehsal olunurdu. Bax bu mənim yadıma gəlir. Demək pambıq istehsalı üç dəfəyə yaxın artmışdır. Bu, rayona xeyli gəlir gətirmişdir. Təkcə pambıq deyil, Saatlı rayonunda taxıl istehsalıda, o dövürdə çox inkişaf etmişdir. Heyvandarlıq sahəsində də naliyyətlər var idi. Saatlıda kəndlərin, qəsəbələrin, rayon mərkəzinin abadlaşması məsələsi həmişə məni maraqlandırırdı. Mən sizin rayona gələndə hər dəfə təsərrüfatlarda olurdum, kalxoz, safxoz rəhbərləri ilə, birqadirlərlə, adi təsərrüfat adamları ilə görüşüb söhbət edirdim. Onlar indi də, mənim yaxşı xatirimdədirlər. Mənim həmişə Saatlılara böyük hörmətim olub.
- Çekisliyiniz və respublikanın rəhbəri olduğunuz dövürdə yəqin ki, Mesxeti türklərinin acı talehi, Stalinizmin onları düçar etdiyi didərginlikləri ilə tanışsınız. Onlar elə o dövürdə də, Gürcüstandakı torpaqlarına qayıtmaq uğrunda mübarizə aparırdılar. Vaxtı ilə Orta Asiyaya köçürülmüş Mesxetilər, oradan da qovulub respublikamızda sığınacaq tapmışlar. Əgər mümkünsə deyin: O dövürdə Mesxetilərin haqq səsinə münasibətiniz necə olub?, və indi necədir? Bir ağsaqqal kimi onlara məqsədləri uğrunda mübarizədə nə məsləhət verirsiniz?
- O dövrdə mən qaçqın düşmüş Mesxeti türklərinə, eləcə də Azərbaycanda yaşayan Mesxeti türklərinə hüsn-rəğbətlə yanaşmışam. Onların ədalətsiz olaraq başlarına gətirilən faciə məni həmiş narahat edib, hiddətləndirib və həmişə bu barədə düşünmüşəm. Mesxeti türklərinin yaratığı təsərrüfatlarda dəfələrlə olmuşam. Onlarla görüşmüş, söhbətlər aparmışam və onları heç vaxtı Azərbaycanlılardan seçməmişəm. Hətta mən onlara demişəm ki, siz də azərbaycanlısız. Dilimiz, dinimiz və milliyətimiz birdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, onlar çalışqan, çox işgüzar adamlardır. Özlərinə məxsus onların da, cürbəcür keyfiyyətləri var. Özü də çox müsbət keyfiyyətləri var. Ona görə mən onlara həmişə ehtiramla, böyük rəğbətlə yanaşmışam.
- Yerlərdə, elə bizim rayonumuzda hazırki həyat tərzinizlə çox maraqlanırlar. Məsələn, indi nə qədər təqaüd alırsınız və sizə hansı imtiyazlar verilib?
- Mənim indiki həyat tərzim adi vətəndaşın həyat tərzidir. Heç bir imtiyazım yoxdur. Bax mənim həyat tərzim belədir.
- Əgər, həyatınızı yenidən başlamalı olsaydınız, yenə də siyasi aləmə girişərdiniz? Əgər, yenə əvvəlki yolu tutsaydınız mövqeyiniz və platformanız necə olardı?
- Bilirsiniz, mən çox gənc vaxtlarımdan siyasi işlə məşğul olmuşam. Ona görə də siyasi iş mənim üçün peşə olubdur. Mən belə hesab edirəm ki, yenədə gənclik dövründən başlasaydım yenə də, siyasi işlə məşğul olardım. O dövrdə siyasi fəaliyyət bir cür idi. Ancaq indiki dövrün siyasi fəaliyyəti başqacürdür. Mən indiki dövrün tələblərinə uyğun olaraq siyasi fəaliyyət göstərərdim.
- Deməli özünüzdə belə bir qüvvə, enerji hiss edirsiniz də?
- Deyə bilmərəm, yaş-yaşdır da. Əlbəttə ki, o gənclik dövründə olan səhhətim indi yoxdur. Aydındır ki, insan yaşa dolduqca orqanizmdə müəyyən dəyişiklər əmələ gəlir. Bəli, xalqa məhəbbətim, xalq haqqında fikirlərim, xalqın gələcəyi, xalqın bu günü–bu fikirlərlə mən yaşayıram. Mənim başqa fikrim yoxdur. Heç vaxt şəxsi həyatım məni maraqlandırmayıb. Şəxsi həyatıma görə heç bir iş görməmişəm. Şəxsən heç bir şeyim yoxdur. Həyatım həmişə xalqa bağlı olmuşdur.
Bəli, Azərbaycanın çoxəsirlik milli-mədəni irsə sahib qədim diyar və sivliziyaların qovşağında yerləşən torelanlıq məkanı kimi geniş şöhrət qazanmışdır. Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan Heydər Əliyev ahıl yaşda olsada öz xalqına məhəbbəti ona güc-qüvvət vermişdir. Dahi şəxsiyyət Azərbaycanda mükəmməl quruculuq proqramını həyata keçirmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmişdir.
Azər Zeynalzadə
Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
İstifadə edilmiş mənbələr:
- “Heydər Əliyev Müsəqillik yolları” – Bakı, 1997
- Zərifə Rzaqulu qızı Quliyevanın “Heydər Əliyev İrsi” Bakı, 2023.
- Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan “Dönüş” qəzetinin 23 avqust 1990-cı il nömrəsi.
