Aparıcı Mikayılın təqdimatında yayımlanan “Mikayıl ilə 5 gün” verilişinin həftənin son efiri maraqlı qonaqları və rəngarəng anları ilə yadda qalıb.
Verilişdə kosmetoloq Aytən Həşimova, müğənni Siyavuş Quluzadə, aşıq Xəyal Niftəliyev və prodüser Rafael İsmayılov qonaq olublar.
Efirdə qonaqlarla müxtəlif mövzularda maraqlı söhbətlər aparılıb, sənət və şou-biznes gündəminə toxunulub. Aşıq Xəyal Niftəliyev isə saz ifası və canlı musiqi nömrələri ilə verilişə xüsusi rəng qatıb.
Səmimi söhbətlər, musiqi və əyləncəli anlarla yadda qalan buraxılış tamaşaçılara xoş ovqat bəxş edib.
Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar araşdırmaçı jurnalist
